Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva

Millət vəkili rus sektoruna axına qarşı çıxdı

241
(Yenilənib 13:44 12.10.2018)
"Arazın o tayında 35 milyon ana dili uğrunda mübarizə aparır, amma biz burada ana dilində təhsildən imtina edirik"

BAKI, 12 oktyabr — Sputnik. "Bu gün Azərbaycanda rus dilində təhsil alanların sayında artım müşahidə olunur. Nədənsə, ölkəmizdə uşaqların ilkin təhsil olaraq rus bölmələrində təhsil almasına daha çox üstünlük verilir. Bu, yanlış meyildir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Gövhər Baxşəliyeva parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, Azərbaycanda uşaqların rus dilində təhsilə meyillənməsinin qarşısı vaxtında alınmalıdır: "Bunu rus dilinə qarşı çıxmağım kimi qiymətləndirilməsini istəmirəm. Rusiya Azərbaycanla dost dövlətdir. Rus dili də ingilis dili kimi xarici dil kimi tədris olunmalıdır. Bunun saatlarının artmasının heç kim əleyhinə olmamalıdır. Lakin uşaqların birinci sinifdən rus sektoruna meyllənməsi kökündən yanlışdır. Ziyalılar bu istiqamətdə iş aparmalıdır. İlkin təhsil mütləq şəkildə ana dilində olmalıdır. Çünki ilkin təhsil uşaqların şəxsiyyət kimi formalaşması dövrünə təsadüf etdiyindən bu, gələcəyimiz üçün çox vacibdir". 

"Sual oluna bilər ki, SSRİ dövründə çoxları rus dilində təhsil alırdılar. O dövrdə karyera qurmaq, yüksək elmi dərəcə əldə etmək üçün bu dil lazım idi. Amma bu gün biz müstəqilik və ölkəmizdə karyera qurmaq üçün bütün lazımi şərait var" — deyə millət vəkili qeyd edib.

241
Teqlər:
rus sektoru, ana dili, Gövhər Baxşəliyeva, plenar iclas, Milli Məclis, parlament
Əlaqədar
Milli Məclis qərarını dəyişib
"Milli Məclis dövlətimizin uzaqgörən siyasətini dəstəkləmək naminə əlindən gələni edəcək"
Milli Məclis üzvündən bədbin açıqlama: "Sərt qərar Azərbaycana təsirsiz ötüşməyəcək"
Milli Məclis sonuncu iclasını keçirir
Orta və ali məktəblərə qəbulla bağlı ciddi dəyişiklik - Milli Məclis təsdiqlədi
Milli Məclis üzvləri növbədənkənar toplandılar
Köhnə avtobus, arxiv şəkli

Bakıda dizel yanacağı ilə işləyən sərnişin avtobusları istismardan çıxarılacaq

0
BNA: "Gələcək planlarda isə həmçinin, elektrik enerjisi ilə işləyən avtobusların gətirilməsi də nəzərdə tutulur".

BAKI, 25 noyabr — Sputnik. Yaxın gələcəkdə Bakı şəhərinin sərnişindaşımasında istismarda olan dizel yanacaqlı avtobuslar kənarlaşdırılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Caspian Energy Club"ın təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, hazırda dövlət sifarişi ilə ölkəyə avtobus gətirən sahibkarlara avtobusların CNG yanacağı ilə işləyən, mütləq ekoloji təmiz olması tapşırılır: "Gələcək planlarda isə həmçinin, elektrik enerjisi ilə işləyən avtobusların gətirilməsi də nəzərdə tutulur".

0
Masallıda səfərbərlik, arxiv şəkli

Səfərbərliyə cəlb edilən tələbələrlə bağlı qərar verildi

5
(Yenilənib 15:20 25.11.2020)
Tələbəyə akademik məzuniyyət səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda xidmətdən tərxis edilənədək veriləcək.

BAKI, 25 noyabr — Sputnik. Təhsil Nazirliyinin Kollegiyası "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar"da dəyişiklik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, tələbəyə akademik məzuniyyətin verilməsi halları artırılıb.

Beləliklə, tələbəyə akademik məzuniyyət səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda xidmətdən tərxis edilənədək veriləcək.

Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda Təhsil Nazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər. O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istədikdə müvafiq tələblər gözlənilməklə digər ali təhsil müəssisəsinə köçürülə bilər. Hər iki halda məsələyə müvafiq ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyində baxılır.

Qərar noyabrın 24-dən qüvvəyə minib.

Qeyd edək ki, qüvvədə olan Qaydalara əsasən, hazırda tələbəyə akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir:

- müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə;

- ailə vəziyyətinə görə - 2 il müddətinədək;

- səhhətinə görə - həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə;

- sosial məzuniyyətə çıxdıqda - qanunvericiliklə müəyyən olunmuş müddətə;

- müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə - proqramda göstərilən müddətə.

5
Teqlər:
tələbələr, tələbə, səfərbərlik, Təhsil Nazirliyi, ali təhsil, təhsil