Qandal və pul

Özgəsinin malına əl uzadanların "arzusu gözündə qaldı"

11
(Yenilənib 13:11 12.10.2018)
Faktlarla bağlı araşdırmalar aparılır

BAKI, 12 oktyabr — Sputnik. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, paytaxtın Neftçilər prospektində Qusar rayon sakini V.Balakişiyevin velosipeddən asdığı çantadan içərisində 2660 manat olan pulqabısının oğurlanması barədə daxil olmuş məlumatla əlaqədar Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmir Mirzəyev saxlanılıb.

Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən avtobusda paytaxt sakini olan bir qadının çantasından içərisində pulu və bankomat kartı olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elnur Hüseynov saxlanılıb.

Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki mağazaların birində orada işləyən qadının çantasından 1836 manat və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Yusubova saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

11
Teqlər:
polis şöbəsi, oğru, oğurluq, əməliyyat-axtarış tədbirləri, pul
Əlaqədar
İstanbulda tutulan azərbaycanlı "qanuni oğru" ilə bağlı yeni ilginc faktlar
Azərbaycanlı "qanuni oğru" azadlığa çıxdı
Azərbaycana oğru kimi gələn əfsanəvi müğənni xəstəxanaya düşdü
"Şərəfsiz", "işverən": Bakılı molla ilə gəncəli oğru arasında şok olay - VİDEO
"Qanuni oğru"lar toplandılar: Rusiya kriminalının yeni "xaç atası" seçildi
Oğru fermerə külli miqdarda ziyan vurdu