Azərbaycan Dəmiryolları QSC-nin sədri Cavid Qurbanov

Cavid Qurbanov Azərbaycan dəmir yolları ilə bağlı önəmli məlumatlar verdi

203
(Yenilənib 12:43 12.10.2018)
"Binədəki qəzadan sonra qərara almışıq ki, avtomobil yolu ilə dəmir yolunun eyni olduğu ərazilərdə onların birinin səviyyəsini dəyişək. Bu isə körpü və yaxud tunel vasitəsilə ola bilər"

BAKI, 12 oktyabr — Sputnik. Bu gün "Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü" ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. Sputnik Azərbaycan xəbər verir ki, C.Qurbanov daha sonra jurnalistlərin suallarını cavablandırıb. 

O qeyd edib ki, bu ilin sonuna qədər işə düşməsi gözlənilən Bakı-Gəncə sürət qatarı həm adi, həm də VIP otaqlara malik vaqonlardan ibarət olacaq: "Bu marşrut üçün nəzərdə tutulmuş ikimərtəbəli qatarlar artıq Bakıdadır. Həmin qatarlarda sərnişinlərə həm adi, həm də xüsusi xidmət göstərilməsi üçün vaqonlar var. Hər vaqonun özünün ayrıca sanuzeri, xüsusi soyuducusu var. İçindəki su sərnişinlər üçün nəzərdə tutulur. Vaqonların başında kiçik mətbəxlər yerləşdiriləcək. Mətbəxlərdə yüngül yeməklərin verilməsini təmin edəcəyik. Vaqonlarda "Wi-Fi" quraşdırılacaq". 

C.Qurbanov, həmçinin deyib ki, Bakı-Gəncə qatarının sürəti tədricən 150 km/saata çatdırılacaq: "Biz 159 km/saat sürətini sınaqdan keçirmişik. Gətirilmiş qatarların sürət yığma qabiliyyəti isə 300 km/saata qədərdir. Ancaq bugünkü imkanı 150-160 km/saata qədərdir. Hələlik dəmir yollarının kənarı tam bağlanmayıb. Bütün ölkə üzrə təhlükəsiz keçidlər təmin edilməyib. Sözügedən problemlər həll olunduqdan sonra biz sürəti qaldırmağa çalışacağıq".

Qurum rəsmisi Qəbələyə çəkiləcək dəmir yol xəttindən də danışıb. Qeyd edib ki, Ağdaş rayonundakı Ləki stansiyasından dönməklə Qəbələ rayonuna çəkiləcək dəmir yolu xətti üçün torpaq məsələsi artıq həll edilib, 20 km-lik torpaq yatağı hazırdır.

  • Azərbaycan Dəmiryolları QSC-nin sədri Cavid Qurbanov Fəxri Xiyabаnı və Şəhidlər Xiyabanını ziyarət edib
    Azərbaycan Dəmiryolları QSC-nin sədri Cavid Qurbanov Fəxri Xiyabаnı və Şəhidlər Xiyabanını ziyarət edib
    © Sputnik / Irade CELIL
  • Azərbaycan Dəmiryolları QSC-nin sədri Cavid Qurbanov Fəxri Xiyabаnı və Şəhidlər Xiyabanını ziyarət edib
    Azərbaycan Dəmiryolları QSC-nin sədri Cavid Qurbanov Fəxri Xiyabаnı və Şəhidlər Xiyabanını ziyarət edib
    © Sputnik / Irade CELIL
  • Azərbaycan Dəmiryolları QSC-nin sədri Cavid Qurbanov Fəxri Xiyabаnı və Şəhidlər Xiyabanını ziyarət edib
    Azərbaycan Dəmiryolları QSC-nin sədri Cavid Qurbanov Fəxri Xiyabаnı və Şəhidlər Xiyabanını ziyarət edib
    © Sputnik / Irade CELIL
  • Azərbaycan Dəmiryolları QSC-nin sədri Cavid Qurbanov Fəxri Xiyabаnı və Şəhidlər Xiyabanını ziyarət edib
    Azərbaycan Dəmiryolları QSC-nin sədri Cavid Qurbanov Fəxri Xiyabаnı və Şəhidlər Xiyabanını ziyarət edib
    © Sputnik / Irade CELIL
1 / 4
© Sputnik / Irade CELIL
Azərbaycan Dəmiryolları QSC-nin sədri Cavid Qurbanov Fəxri Xiyabаnı və Şəhidlər Xiyabanını ziyarət edib

"Orada relyef bir qədər çətindir. Biz Zaqataladan və Balakəndən çınqıl daşımaqla yeni yol yatağının hazırlanması ilə məşğuluq. Bir neçə ay oradakı qoruqla bağlı problemimiz olub. Ancaq Prezidentin tapşırığı ilə həmin məsələni həll etdik. O, yolun maliyyəsi ayrılıb və tikintisi davam etdirilir. Turist axınının artmasını nəzərə alaraq biz gələn il çalışacağıq ki, Bakıdan turistləri Qəbələyə qatarla aparaq. Buna görə, əlavə yeni 11 elektrik qatarı, 3 dizel qatarının alınması vacibdir. İnvestisiya qoyuluşlarında bu məsələnin nəzərə alınması üçün çalışacağıq" – deyə Qurbanov qeyd edib.

C.Qurbanov jurnalistlərə açıqlamasında Bakı-Sumqayıt dairəvi yolu haqqında da məlumat verib. Bildirib ki, Bakı-Sumqayıt dəmir yolu xətti avtomobil yolu ilə kəsişməyəcək: "Bakı-Sumqayıt dairəvi yolunda bir tərəfə yolun uzunluğu 42 km, əks istiqamətdə isə 47 km-dir. Dairəvi yolda 14 stansiya olacaq. Yol 30 minə yaxın sərnişinin daşınmasına xidmət edəcək. Burada 7 cüt qatar işləyəcək. Onların sayı arta-azala bilər. Bakıdan Sumqayıta qədər yeraltı və yerüstü keçidlərin sayı 20-yə yaxındır. Binədəki qəzadan sonra qərara almışıq ki, avtomobil yolu ilə dəmir yolunun eyni olduğu ərazilərdə onların birinin səviyyəsini dəyişək. Bu isə körpü və yaxud tunel vasitəsilə ola bilər".

O vurğulayıb ki, Bakı-Sumqayıt dairəvi yolu 30 min sərnişin daşınmasına xidmət edəcək. 

203
Teqlər:
Bakı-Sumqayıt dairəvi yolu, Cavid Qurbanov, qatar, Azərbaycan Dəmir Yolları
Əlaqədar
Cavid Qurbanov Ziya Məmmədovun yerinə gəldi
"Azərbaycan Dəmir Yolları": Onun dəmir yoluna heç bir dəxli yoxdur
"Azərbaycan Dəmir Yolları"dan bomba xəbəri barədə rəsmi açıqlama
“Azərbaycan Dəmir Yolları” Nəqliyyat nazirliyinə tabe olmayacaq
“Azərbaycan Dəmir Yolları”: Tarif Şurasının qərarı olduqca ədalətlidir
“Azərbaycan Dəmir Yolları» QSC gücləndirilmiş iş rejiminə keçib