Türklərdə Qaşıqçının ölümünə dair audio və video görüntü var - "Washington Post"

© AFP 2023 / Virginia MayoCamal Qaşıqçı
Camal Qaşıqçı - Sputnik Azərbaycan
Abunə olmaq
Onun necə sorğu-sual edildiyini, işgəncəyə məruz qaldığını və daha sonra öldürüldüyünü eşidə bilərsiniz

BAKI, 12 oktyabr — Sputnik. Türklər Birləşmiş Ştatlar rəsmilərinə müxalif səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsini sübut edən səs və görüntülərə malik olduqlarını bildiriblər. Bu barədə Sputnik Azərbaycan "Washington Post"-a istinadən xəbər verir.

Adı açıqlanmayan ABŞ və Türkiyə mənbələrinə istinadən verilən xəbər də Türk hökumətinin Qaşıqçının İstanbulda yerləşən Səudiyyə Ərəbistanı Konsulluğunda öldürüldüyünü göstərən sübutları ABŞ tərəfinə ötürdüyü bildirilib. 

ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Tramp Qaşıqçı məsələsini nəzarətə götürdü

Kadrlarda Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələrinin bir qrupunun konsulluğa rəsmi sənəd almaq üçün gələn Qaşıqçını saxladığı, daha sonra öldürərək vücudunu parçalara ayırdığı görünür.

Eyni mənbənin sözlərinə görə, hadisə ilə bağlı səs yazısının Qaşıqçının ölümündə təhlükəsizlik qüvvələrinin bir qrupunun günahkar olduğunu göstərir.

"Səs yazısında Qaşıqçının necə öldürüldüyünü eşidə bilərsiniz. Onun səsini (Qaşıqçının) və ərəbcə danışan digər adamların səslərini eşidə bilirsiniz. Onun necə sorğu-sual edildiyini, işgəncəyə məruz qaldığını və daha sonra öldürüldüyünü eşidə bilərsiniz", — deyə mənbə bildirib.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

Səudiyyə jurnalist Camal Qaşıqçı itməzdən 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur. Həbs olunanlar müxalif belə deyil. Bu, insanları qorxudur.

"Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş bu imkan mənə öz ölkəmdə verilsəydi" – deyə səudiyyəli jurnalist müsahibəsində bildirib.

Xəbər lenti
0