Proton-m raketdaşıyıcısı

Rusiya kosmik raketi qəzaya uğrayıb, ekipaj möcüzə nəticəsində sağ qalıb

52
(Yenilənib 15:44 11.10.2018)
Dmitri Peskov: "Tanrıya şükürlər olsun ki, kosmonavtlar sağdır"

BAKI, 11 oktyabr — Sputnik. İçərisində Beynəlxalq Kosmik Stansiyanın (BKS) ekipajı olan daşıyıcı raket "Soyuz MS-10" havaya buraxıldıqdan sonra qəzaya uğrayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Soyuz MS-10"-un göyərtəsində BKS — 57/58 missiyasının üzvləri – rusiyalı kosmonavt Aleksey Ovçinin və amerikalı astronavt Nik Heyq olub. Mənbə "RİA Novosti"-yə bildirib ki, ekipaj 6g həcmində yüklənmə hiss edərək Qazaxıstan ərazisinə qəza enişi edib (Müqayisə üçün: start zamanı kosmonavtlar 1-7g həcmində yüklənmə hiss edirlər).

Canlı yayım raket daşıyıcının havaya buraxılmasından bir neçə dəqiqə sonra dayanıb. İlkin məlumatlara görə, qəza birinci bölmənin ayrılmasından sonra baş verib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Baykanur kosmodromundan qalxdıqdan 119 saniyə sonra qəzaya uğrayan "Soyuz MS-10"-un ekipajı sağdır.

"Tanrıya şükürlər olsun ki, kosmonavtlar sağdır. Təhlükəsizlik sistemi və ekipajın vaxtında reaksiya verməsi yaxşdır" — deyə Peskov vurğulayıb.

52
Teqlər:
Dmitri Peskov, "Soyuz MS-10", daşıyıcı raket, Beynəlxalq Kosmik Stansiya, raket
Əlaqədar
Türkiyə ərazisinə raket zərbəsi endirildi, ölən və yaralananlar var
"S-300"lər Suriyanı qurtaracaq, yoxsa məhv edəcək: "Raket savaşı"nın gizlinləri
Vəziyyət dəyişir: Suriyaya “S-300” raket komplekslərinin tədarükü başlayıb
İsrailin qorxduğu oldu: Rusiyanın raket kompleksi Əsədin ixtiyarına verilir
Azərbaycan Ordusu hərəkətə keçdi: 20 mindən artıq əsgər, 200-dən çox tank, 120 raket...
İran qonşu ölkənin ərazisinə raket zərbəsi endirdi