Küləkdə qız

Bu tarixlərdə ehtiyatlı olmağınız məsləhətdir

234
(Yenilənib 13:15 11.10.2018)
Oktyabrın 12-dən 13-ü səhərədək meteohəssas insanlarda narahatlıq hissi yarana bilər

BAKI, 11 oktyabr — Sputnik. Oktyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir güclənəcək. 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 18-22, Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-17, gündüz 18-23, dağlarda gecə 5-9, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 12-dən 13-ü səhərədək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

234
Teqlər:
xəbərdarlıq, meteohəssas, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti
Əlaqədar
Hava ilə bağlı xəbərdarlıq edildi
Hava yenidən dəyişəcək
Ukraynada 10 min insan təxliyə olunub, hava məkanı bağlanıb, uçuşlar dayandırılıb
Sabaha gözlənilən hava məlumatı açıqlanıb
Yağış, duman, şaxta və isti - HAVA XƏBƏRDARLIĞI
Paytaxt və bölgələrdə gözlənilən hava şəraitinə dair xəbərdarlıq
Hava şəraiti yenidən dəyişəcək