Дождь, фото из архива

Hava ilə bağlı xəbərdarlıq edildi

275
(Yenilənib 12:59 11.10.2018)
Havanın temperaturu ötən günlərlə müqayisədə, tədricən 3-5 dərəcə aşağı enəcək

BAKI, 11 oktyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. 

Sputnik Azərbaycan Depertamentin məlumatına əsasən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 12-dən 13-ü səhərədək şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 2-4 dərəcə aşağı enəcək.  

Oktyabrın 12-si səhər şimal rayonlarından başlayaraq 14-ü gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə, tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

275
Teqlər:
xəbərdarlıq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, hava
Əlaqədar
Hava yenidən dəyişəcək
Sabaha gözlənilən hava məlumatı açıqlanıb
Yağış, duman, şaxta və isti - HAVA XƏBƏRDARLIĞI
Paytaxt və bölgələrdə gözlənilən hava şəraitinə dair xəbərdarlıq