Fransa prezidenti Emmanuel Makron

Ermənilər bizim həmyerlilərimizdir Makron Yerevandan mesaj verdi

514
(Yenilənib 12:49 11.10.2018)
11-12 oktyabr tarixlərində Yerevanda Beynəlxalq Frankofoniya həftəsi keçirilir

BAKI, 11 oktyabr — Sputnik. Ermənilər Fransa tarixinin bir hissəsidir və onun fəxridir. Sputnik Ermənistan xəbər verir ki, bunu Frankofoniya sammitinə qatılmaq üçün Yerevana səfərə gələn Fransa prezidenti Emmanuel Makron bildirib.

"Mən Frankofoniyanın 17-ci sammitində iştirak etmək üçün Ermənistanda olmağıma görə şadam. Ermənistan bizim üçün çox əzizdir. Ermənilər Fransa tarixini yaradıblar, biz, demək olar ki, yarım həmyerlilərimizdir. Ermənilər bizim tariximizin bir hissəsi və fəxr predmetidir", — deyə Makrov vurğulayıb.

Qeyd edək ki, 11-12 oktyabr tarixlərində Yerevanda Beynəlxalq Frankofoniya həftəsi keçirilir.

514
Teqlər:
Beynəlxalq Frankofoniya həftəsi, Fransa prezidenti, Ermənistan, erməni, Emmanuel Makron
Əlaqədar
İlham Əliyev və Emmanuel Makron Qarabağdan danışdılar
Emmanuel Makron Azərbaycana gələcək
Emmanuil Makron: "Azərbaycan daim Fransanın dəstəyinə arxalana bilər"
Makron baş nazirin arvadına “sataşdı”, ona “dadlısan” dedi
Makron Trampı fikrindən döndərdi, Ağ Evin Suriya qərarı dəyişdi
Jalə Həsənli, arxiv şəkli

Ermənilərin "özəlləşdirdiyi" aparıcı: Damarlarımda Azərbaycan türkünün qanı axır

14
Jalə Həsənli: "Bizim torpaqlarımızı, yeməklərimizi, musiqimizi özəlləşdirmək istədikləri azmış kimi, indi də məni "özəlləşdirmək" istəyirlər".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. Ermənistanın informasiya müharibəsi qəribə məcrada davam edir. Sputnik Azərbaycan xəbər verir ki, ermənilərin sosial şəbəkələrdə yayılan daha bir "fake" məlumatında bir neçə gün öncə xalqımıza cəbhədən gələn sevindirici qələbə xəbərini çatdıran İTV-nin xəbər aparıcısı Jalə Həsənlinin Ermənistanın İctimai televiziyasının aparıcısı olduğu irəli sürülüb.

Fake məlumatda bildirilib ki, "erməni aparıcı" Qarabağ ətrafındakı münaqişə zamanı ölənlərin siyahısını oxuyarkən göz yaşlarına hakim ola bilməyib. Məsələ ilə bağlı İTV-nin xəbər aparıcısı Jalə Həsənli Sputnik Azərbaycan-a açıqlamasında ermənilər tərəfindən "özəlləşdirilməsini" belə ifadə edib:

"Abırsızlığın, üzsüzlüyün son həddidir bu. Bizim torpaqlarımızı, yeməklərimizi, musiqimizi özəlləşdirmək istədikləri azmış kimi, indi də məni "özəlləşdirmək" istəyirlər. Heç nəyi olmayan bədbəxt millətdir, təəccüblənmirəm. Mənim damarlarımda Azərbaycan türkünün qanı axır. Bu qanı daşımaq, azərbaycanlı olmaq bir şərəfdir!"

Bildirək ki, sosial şəbəkələrdə Jalə Həsənlinin "erməni" kimi təqdimatı yumorla qarşılanıb.

Qeyd edək ki, Azərbaycanın İctimai televiziyasının aparıcısı Jalə Həsənli işğal altındakı bir sıra strateji yüksəkliklər, kəndlərin düşməndən azad olunması xəbərini izləyicilərə çatdırarkən göz yaşlarını saxlaya bilməyib.

14

Ceyhun Bayramovla Sergey Lavrov danışdılar

19
(Yenilənib 23:46 30.09.2020)
Rusiya Xarici İşlər naziri Sergey Lavrov bölgədə baş verən gərginlik ilə bağlı narahatlığını ifadə edib və atəşkəsə nail olunmasının vacibliyini bildirib.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bu gün baş tutan telefon söhbətində Rusiya Xarici İşlər naziri Sergey Lavrov bölgədə baş verən gərginlik ilə bağlı narahatlığını ifadə edib və atəşkəsə nail olunmasının vacibliyini bildirib. O, gərginliyin aradan qaldırılması üçün Rusiyanın həm milli qismdə, həm də Minsk Qrupunun digər həmsədr ölkələri ilə birgə vasitəçilik səylərini təklif edib.

Nazir Ceyhun Bayramov, öz növbəsində bölgədə baş verən gərginliyin əsas səbəbkarının Ermənistan tərəfi olduğunu qeyd edib. Nazir, cari ilin 27 sentyabr tarixindən etibarən Azərbaycan Ordusunun təmas xətti boyunca Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktına cavab olaraq özünü müdafiə hüququ çərçivəsində və mülki əhalini müdafiə etmək məqsədilə əks-həmlələr həyata keçirdiyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfinin beynəlxalq hüququn fundamental norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ kobudcasına pozaraq dinc əhalini artilleriya atəşinə tutduğunu və Azərbaycanın mülki əhalisi arasında itkilərin olduğu qarşı tərəfin diqqətinə çatdırıb.

19
Teqlər:
Ceyhun Bayramov, Azərbaycan xarici işlər nazirliyi, Rusiya xarici işlər naziri Sergey Lavrov