Prezident İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev şimal bölgəsinə səfər edib

183
(Yenilənib 10:54 11.10.2018)
Prezident Xızıda "Yeni Yaşma" Külək Elektrik Parkının açılışında iştirak edib

BAKI, 11 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  və Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 11-də Quba rayonuna səfər ediblər.

Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev və Mehriban Əliyeva Quba rayonuna səfər çərçivəsində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar. 

Qeyd olunur ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğundakı yol 1B texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-luq "Yeni Yaşma" Külək Elektrik Parkının açılışında iştirak ediblər.

Dövlət başçısı Külək Elektrik Parkının rəmzi açılışını bildirən lenti kəsib.

183
Teqlər:
Yeni Yaşma" Külək Elektrik Parkı, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolu, açılış, səfər, Mehriban Əliyeva, Xızı, Quba, İlham Əliyev
Əlaqədar
Prezident İlham Əliyev Xaçmaz rayonuna səfər edib
Prezident ilk dəfə bu ölkəyə rəsmi səfər edəcək
Prezident İlham Əliyev Belçikaya səfər edib
Prezident İlham Əliyev Gürcüstana səfər edəcək

Azərbaycanın Baş naziri Moskvaya dəvət olundu

2
Mixail Mişustin Əli Əsədovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.

BAKI, 20 aprel - Sputnik. Bu gün Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında deyilir. Telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasından və qarşılıqlı tədarük olunan məhsul çeşidinin genişlənməsindən məmnunluq ifadə edilib.

Hacıqabul sənaye məhəlləsində "GAZel-NEXT" və "GAZon NEXT" kommersiya yük maşınlarının yığım istehsalı zavodunun istismara verilməsi məmnuniyyətlə vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Mixail Mişustin Əli Əsədovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.

2
Teqlər:
rəsmi səfər, dəvət, Əli Əsədov, Mixail Mişustin, Azərbaycan, Rusiya
Cem Yılmaz, arxiv şəkli

Cem Yılmazın çəkdiyi serial "Netflix"də yayımlanacaq

5
(Yenilənib 21:52 20.04.2021)
Ekran işində Uraz Kayqılaroğlu, Nilperi Şahinkaya, Zafer Algöz, Çağlar Çorumlu, Ezgi Mola və Merve Dizdar kimi məşhurlar rol alacaqlar.

BAKI, 20 aprel — Sputnik. "Netflix"də yayımlanması planlaşdırılan "Erşan Kuneri" serialının aktyor heyəti bəlli olub.

Sputnik Azərbaycan xəbər verir ki, ekran işində Uraz Kayqılaroğlu, Nilperi Şahinkaya, Zafer Algöz, Çağlar Çorumlu, Ezgi Mola və Merve Dizdar kimi məşhurlar rol alacaqlar.

Qeyd edək ki, serialı şoumen Cem Yılmaz ərsəyə gətirir.

5
Teqlər:
Netflix şirkəti, Cem Yılmaz, Türkiyә, serial