Yatan adam

Yuxularınız sizin haqqınızda bunları deyir

119
(Yenilənib 04:40 11.10.2018)
Aqressiv yuxu insan psixologiyasında problem olduğundan xəbər verir

BAKI, 11 oktyabr — Sputnik. Əgər siz yuxuda tez-tez aqressiv və qarışıq yuxular görürsünüzsə, bu sizin psixoloji vəziyyətinizin heç də yaxşı olmadığı haqda məlumat verir.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər araşdırma apararaq belə qənaətə gəliblər. Onların sözlərinə görə, bir insan tez-tez belə yuxular görürsə, bu ya onun psixikası ilə, ya da problemləri ilə bağlıdır.

Alimlər bir neçə könüllü üzərində araşdırma apararaq, onların yuxularını yoxlayıblar. Bunların bəziləri xroniki depressiv xəstəlikdən əziyyət çəkənlər olub. Onların arasında depressiyada olanların çoxu yatan zaman aqressiv yuxular gördüyünü etiraf edib. Bu da həmin insanın psixologiyasında problem olduğundan xəbər verir.

119
Teqlər:
aqressiya, psixologiya, yuxu, problem
Самолет Бе-200, фото из архива

Hirkan Milli Parkında yanğın davam edir - VİDEO

9
(Yenilənib 19:37 17.01.2021)
Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi cəlb olunub.

BAKI, 17 yanvar - Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi maneə törədir. Bununla belə, yanğının daha geniş sahəyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi də cəlb olunub.

Əlavə məlumat veriləcək.

9
Шторм в Черном море

Qara dənizdə batan gəminin dörd üzvü ölüb, axtarışlar dayandırılıb

5
Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın “Tesero Marine” şirkətidir.

BAKI, 17 yanvar - Sputnik. Qara dənizin Türkiyə sahillərində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan Palau bayrağı altında üzən “Arvin” quru yük gəmisinin batması nəticəsində dörd nəfər həlak olub və həyatını itirənlərin sayı arta bilər.

Bunu Türkiyənin Bartın vilayətinin valisi Sinan Güner bildirib. Onun sözlərinə görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub:

“Son məlumata görə, 4 nəfər ölüb, 6 heyət üzvü xilas edilib. Yüksək dalğalara görə dənizdə axtarış-xilasetmə işləri dayandırılıb, helikopterlərdən isifadə edilərək havadan axtarışlar davam edir”.

Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın Tesoro Marine LLC şirkətidir. Türkiyə Hərbi Dəniz Qüvvələri axtarış əməliyyatında iştirak etmək üçün freqat göndərmişdi.

Daha öncə gəminin Rusiya bayrağı altında üzdüyü bildirilirdi. Son məlumatlara görə, Palau bayrağı altında üzən gəminin 12 nəfərlik heyətinin 10 üzvü ukraynalı, ikisi isə rusdur. Gəminin sahibi Arvin Shipping LTD-dir (Beliz). Gəmi 1997-ci ildə Rusiyada qeydiyyatdan çıxarılıb.

5