CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı Naz Mila yenə biabır oldu

Abunə olmaq
Naz Mila yeni fotonu öz Instagram profilində 860 min izləyiciyə göstərib

BAKI, 11 oktyabr — Sputnik. Bədəninə tatoo vurduran Azərbaycanlı Naz Mila gülünc səhvlərə görə ələ salınıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Türkiyədə "Zühal Topalla" proqramının iştirakçısı olan Naz Mila ingilis dilində tatoo vurdurmaq istəyib.

Tatu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tatu: yüngül həyat tərzi, məhbəs həyatı, gözəllik, yoxsa xəstəlik?

"Only God can judge my mistakes and truths (Xeyirxah əməllərimə və səhvlərimə görə, təkcə Allah məni qınaya bilər) – Naz bədəninə əslində bunu yazdırmaq istəyib. Amma böyük bir biabırçılıq yaşanıb. Maraqlısı odur ki, nə Naz Mila, nə onun tatoo ustası dili bilməyib. Buna görə də qızın bədənində absurd ifadə yazılıb: "I can judge a single god with my wrongs and wrongs" (Mən ancaq vahid Allahı öz səhvlərim və səhvlərimlə mühakimə edə bilərəm").

Naz Mila yeni fotonu öz Instagram profilində 860 min izləyiciyə göstərib. Bəziləri öz şərhlərində onu ələ salıblar.

"İndi onunla kim evlənəcək? Biabırçılıq, sənin başın xarab olub" deyə izləyicilərdən biri yazıb.

"Mənim buna tək bir sözüm var: İyrənc" başqa bir izləyici yazıb.

Paylaşım 43 min nəfərdə tərəfindən bəyənilib.

Xəbər lenti
0