Musiqiyə qulaq asan qız, arxiv şəkli

Gənclərimizin bəlası açıqlandı: Qulaqcıqlar sağlamlıq üçün təhlükəlidir

74
(Yenilənib 04:44 11.10.2018)
ÜST ekspertləri vətəndaşları sağlamlıqlarına qarşı diqqətli olmağa çağırır

BAKI, 11 oktyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qulaqcıqların sağlamlıq üçün təhlükəli olduğunu elan edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ÜST-nin məlumatına görə, qulaqcıqlar yüksək səsli musiqilərə qulaq asan insanlar sağlamlığını məhv edir.

İnsanlar özləri hiss etməsə də, müasir şəhərlərdə gündəlik səs-küy əhalinin sağlamlığına mənfi təsir göstərir.

Böyük şəhərlərdə səs çirkliliyinin əsas səbəbi avtomobil yolları, dəmir yolları və yel dəyirmanlarıdır. Bir müddət əvvəl ekspertlər belə qərara gəlib ki, bu siyahıya gecə klublarını və konsert meydanlarını misal göstərmək olar.

Yüksək səslər təkcə gərginlik yaratmır. Onlar ciddi xəstəliklərə, məsələn, ürək-damar xəstəliklərinə də səbəb olur.

Risk qrupuna qulaqcıq sevənlər də daxil olub. ÜST-nin məlumatına görə, 70 desibel səs təhlükəsiz hesab edilir. Ancaq bəzi insanlar sevimli mahnılarına qulaq asan zaman bu göstəricini keçirlər.

Avropa standartlarına uyğun icazə verilən qulaqlıq gücü 100 dB-ə çatır və istifadəçilər musiqi səsini tez-tez "maksimuma" qaldırırlar. Bu da sağlamlıq üçün təhlükəli hesab edilir.

ÜST ekspertləri vətəndaşları sağlamlıqlarına qarşı diqqətli olmağa çağırır.

74
Teqlər:
qulaqcıq, səhhət, Ümumdünya Səhiyyə Təşkilatı, sağlamlıq, səs, təhlükə
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

5
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

5
1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Reabilitasiya Mərkəzində, arxiv şəkli

Sosial reabilitasiya müəssisəsinə qəbul olunanlar arasında xeyli uşaq var

14
(Yenilənib 23:47 02.12.2020)
Sosial reabilitasiya müəssisəsində hazırda 72 sakinə xidmət göstərilir. Onlardan 23-ü qadın, 49 nəfəri isə kişidir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. 2020-ci il noyabr ayı ərzində "Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi"nə 23 sakin qəbul olunub.

Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən daxil olan məlumatda bildirilir.

Orada qurumun son aylardakı fəaliyyəti ilə bağlı qeyd olunur ki, müəssisəyə qəbul edilən 23 nəfərdən 7-si uşaq, 16-ı isə 18 yaşdan yuxarı olanlardır. Qəbul olunan yeni sakinlərin 12-si qadın, 11-i isə kişi cinsinə mənsubdur.

Məlumatda bildirilir ki, hazırda müəssisədə 72 sakinə xidmət göstərilir. Onlardan 23-ü qadın, 49 nəfəri isə kişidir. Sığınacaqda müvəqqəti məskunlaşanların yaş həddinə gəlincə, 72 sakinin 17-si uşaq, 55-i isə 18 yaşdan yuxarı olanlardır. 

14