Dolusavar

Azərbaycana qeyri-adi silah gətirilib

18174
(Yenilənib 13:47 10.10.2018)
Cihaz istehsal ediləndən sonra ilk olaraq Azərbaycana ixrac edilib

BAKI, 10 oktyabr — Sputnik. Türkiyənin Van bölgəsindəki İş Təkmilləşdirmə Mərkəzində (İŞGEM) fəaliyyət göstərən firma tərəfindən dolunun qarşısını alan qeyri-adi cihaz düzəldilib. Cihaza "Dolusavar" adı verilib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, min hektara yaxın ərazidə qurulan cihaz 12 km hündürlüyə qaz püskürərək suyun kristallaşmasının qarşısını alır və onun yağış şəklində yerə tökülməsi təmin edir.

Vanda hazırlanan doluya qarşı cihaz istehsal ediləndən sonra ilk olaraq Azərbaycana ixrac edilib. İŞGEM İdarə Heyətinin sədri Mahmut Gedik bu barədə açıqlama verib.

"Biz demişdik ki, ixrac üçün nəzərdə tutulan bütün məhsullarımızda müasir texnologiyaların tətbiq edildiyi, yenilikçi ideyalara yer verəcəyik. Biz burada bir ilkə də imza atdıq. Türkiyədə olmayan, ilk dəfə Vanda düzəldilən dolunun qarşısını alma aparatını Van İŞGEM-də istehsal etməyə başladıq" — deyə M.Gedik bildirib.

"Bir ixtiraçı bizə müraciət etmişdi. Ona yer və imkan verdik. Bu cihazı yaratmağı bacardılar. İlk məhsulumuzu Azərbaycana ixrac etdik. İkinci aparatı da Yozqatdakı Türkiyənin ən böyük meyvə bağçasına göndərəcəyik" — o, əlavə edib.

Mövsümlərin dəyişdiyini deyən Gedik, son dövrlərdə dolunun kənd təsərrüfatlarına və istehsalçılara ciddi zərər vurduğunu qeyd edib. O, istehsalına başladıqları bu yeni cihazın dolunun qarşısını alacağını bildiirb.

"Bu cihaz qurulduğu min hektara yaxın ərazidə dolunun yağmasının qarşısını alır. Onun sağlımlığa və ətraf mühitə heç bir zərəri yoxdur. Bu cihazın analoqları əvvəllər Türkiyəyə idxal edilib. Lakin son zamanlar bu proses dayandırılıb. Vanda istehsal olunur və xaricə ixrac edilir. Biz bu cihaz sayəsində kəndlilərin zərər görməsinin qarşısını alacağıq" — deyə İŞGEM-in rəhbəri bildirib.

Qeyd edək ki, bu, raketə bənzəyən bir cihazdır. Lakin raketdən fərqli olaraq mərmi deyil, qaz püskürür. Həmin qaz təzyiq nəticəsində dolu buludlarını əridədərək onları yağışa döndərir. Yerə ziyanverici buz parçaları — dolu əvəzinə faydalı yağış suyu yağır.

Xatırladaq ki, sovet dövründə Azərbaycanın bir sıra kənd təsərrüfatı sahələrinə bulud dağıdan toplar quraşdırılmışdı. Hava buludlu olanda, ondan bulud topasını dağıtmaq üçün istifadə edilirdi. Top mərmisi buluda buraxılır və onu parçalayırdı. Bu isə həmin əraziyə arzuedilməz yağışın yağmasının qarşısını alırdı.

18174
Teqlər:
Mahmut Gedik, ixrac, Azərbaycan, silah, cihaz, İŞGEM, İş Təkmilləşdirmə Mərkəzi, Van, Türkiyə
Əlaqədar
Leysan, dolu, şimşək, külək gəlir
Nazirlik əhaliyə xəbərdarlıq edir: Leysan yağacaq, dolu düşəcək
Dolu bu ərazini iflic vəziyyətə salıb
Əhaliyə xəbərdarlıq edildi: Şimşək, dolu, leysan...
Azərbaycan manatı, arxiv şəkli

Pensiya kapitalı ədalət - qalaqlanan problemlər üçün çözüm təklifi

6
(Yenilənib 17:59 26.11.2020)
"Bəzi hallarda vətəndaş uzun müddət çalışır, lakin ya o, pensiya yaşına çatmır, ya da pensiya yaşına çatdıqdan müəyyən müddət sonra dünyasını dəyişir", - Vüqar Bayramov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Dünyanın ən yaxşı pensiya sisteminə malik olan 39 ölkəsinin adları açıqlanıb. "Mercer CFA" institutunun "Global Pension Index 2020" hesabatına görə, 2020-ci ildə dünyanın ən yaxşı pensiya sisteminə malik ölkəsi Niderland olub. Bu ölkənin indeksi ötən illə müqayisədə 81-dən 82,6-a yüksəlib. İkinci yerdə qərarlaşan Danimarkanın isə builki indeksi 80,3-dən 81,4 bəndə qədər yüksəlib. Siyahının üçüncü yerinə isə İsrail (74,2 bənd) layiq görülüb.

Hazırda Niderlandda pensiya yaşı 66-dır. 2024-cü ilədək ölkədə pensiya yaşının aylıq artım dinamikası dondurulur. Yalnız 2024-cü ildə ölkədə pensiya yaşı 67 olacaq və bundan sonra hər il bu müddət daha öncəki müddətlə müqayisədə çox cüzi olaraq artmaqda davam edəcək. Digər ölkələrlə müqayisədə Niderlandda pensionerlər daha firavan həyat yaşayırlar ki, bunun da səbəbi ölkədəki qanunlardır.

Ölkədə yaşlılığa görə verilən pensiya olan AOW-dan yararlanmaq üçün şəxslərin Niderlandda çalışdığı hər il üçün 2 faiz illik AOW vəsaiti toplanmalıdır. Məsələn, şəxs pensiya yaşına çatdıqda sadəcə olaraq 40 ildir ki, Niderlandda yaşamış olarsa, bu zaman AOW vəsaitinin 80 faizini əldə etmiş olacaq.

Bundan başqa, ölkə qanunları ağır işdə çalışanlara daha tez pensiyaya çıxmaq hüququnu verir. Bununla yanaşı, istəyən hər kəs 3 il daha tez yaşlılıq pensiyasına çıxa bilmək hüququna malik olur.

Pensiya sisteminə görə 39 ölkə arasında ikinci olan Danimarkada isə bu yaş həddinin aşağı endirilməsi müzakirə edilir.

Ölkənin Baş naziri Mette Frederiksen pensiya yaşının 65-dən 61-ə endirilməsi üçün təkliflərin verildiyini də vurğulayıb:

"Danimarka vətəndaşları hər gün işləmək, pul qazanmaq üçün səhər tezdən oyanır, ağrı və acı ilə işə gedirlər. Bəlkə də belləri, dizləri, çiyinləri ağrıyır, bəlkə də çox acı çəkirlər. Bu səbəbdən biz uzun illərdir çalışanlar, çalışdığı müddətdə vergilərini ödəyən və ağır işə cəlb olunanlar üçün təkliflər vermişik. Yeni qanun layihəsinə görə, 42-44 il çalışanlar 1-4 il daha tez pensiyaya çıxa biləcəklər. 2022-ci ildə 38 min şəxs bundan yararlana biləcək".

Qeyd edək ki, qarşıdakı 10 il ərzində Danimarkada pensiya yaşının 68 olacağı planlaşdırılır.

Son illərdə Azərbaycanda da pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində müxtəlif işlər görülüb. Lakin bununla belə, bəzi problemlər hələ də həllini tapmamış qalır. Bəs Azərbaycanda pensiya sistemində hansı qalaqlanmış problemlər həllini gözləyir?

Saxla samanı... Kartda olan pulları necə artırmalı?>>

Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Son illər Azərbaycanda pensiya sistemində bir sıra islahatlar aparılıb. Xüsusən də 2018-ci ildən pensiya sisteminin təkmilləşdirilməsi müşahidə olunub. Biz mütəmadi olaraq pensiya islahatlarının davamlı olması və pensiya sisteminin daha da təkmilləşdirilməsi üçün təkliflərimizi təqdim edirik. Qiymətləndirmələr onu göstərir ki, indiki halda həm pensiya kapitalı ilə bağlı, həm də pensiya kartından istifadə ilə bağlı islahatların davam etdirilməsinə ehtiyac var".

"Nəzərə almalıyıq ki, minimum pensiya məbləği artdıqca tələb olunan minimum pensiya kapitalı da artır. Bu səbəbdən vacibdir ki, pensiya kapitalının müəyyən hissəsinin dövlət tərəfindən kompensasiya edilməsi mexanizminə baxılsın. Daha yaxşı olardı ki, vəsaitlərin, xüsusən də həssas qruplar üçün olan vəsaitlərin bir hissəsi kompensasiya olunsun", - deyə millət vəkili əlavə edib.

O bildirib ki, böyük pensiya kapitalına malik vətəndaşlarımıza ABŞ-da olduğu kimi daha tez pensiyaya çıxmaq hüququnun verilməsinə ehtiyac var: "Ona görə də biz minimum pensiya kapitalı ilə yanaşı, pensiyaya çıxmaqla bağlı minimum kapital yığıldıqdan sonra belə bir hüququn verilməsinin tərəfdarıyıq.

Yəni vətəndaşa pensiya yaşına çatmadan yığılan kapitaldan istifadə etmə hüququnun verilməsi məqsədəuyğundur. Bu da təbii ki, kapitalla bağlı yığımlara marağı artırmaqla yanaşı, eyni zamanda imkan verəcək ki, vətəndaşlarımız bəzi hallarda pensiya yaşını gözləmədən də pensiya kapitalının bir hissəsindən faydalana bilsinlər".

"Digər məsələ isə pensiya kapitalının müəyyən hissəsinin varisə transfer edilməsi ilə bağlıdır. Çünki bəzi hallarda vətəndaş uzun müddət çalışır, lakin ya o, pensiya yaşına çatmır, ya da pensiya yaşına çatdıqdan müəyyən müddət sonra dünyasını dəyişir. Bu səbəbdən həmin kapitalın bir hissəsinin vətəndaşın varisinə transfer edilməsi mexanizmi təqdirəuyğun olardı. Bu da nəticə etibarı ilə pensiya sistemində ədalətin daha da məqsədəuyğunluğu üçün önəmlidir", - deyə V.Bayramov əlavə edib.

6
Teqlər:
Vüqar Bayramov, təklif, varis, kapital, təqaüd, pensiya

Ermənistandakı hərbi bazada Rusiya hərbçisinin cəsədi tapılıb

16
(Yenilənib 21:33 26.11.2020)
Rusiya hərbi bazasının Ermənistandakı Cənub Hərbi Dairəsi üzrə komandanlığının komissiyası hüquq-mühafizə orqanları ilə birlikdə müqavilə əsasında hərbçinin ölümü ilə bağlı araşdırma aparır. H

BAKI, 26 noyabr - Sputnik. Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının hərbi qulluqçusu ölü tapılıb.

Bu barədə Sputnik Ermənistan-a Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib. Ermənistan İstintaq Komitəsinin Şirak Regional İstintaq İdarəsi hazırda hərbçinin ölümü ilə bağlı materialları toplayır.

Bildirilir ki, 36 yaşlı rus hərbçinin həyat əlamətləri olmayan cəsədi onun hərbçi yoldaşları tərəfindən aşkar edilib. Onun üzərində hər hansı zorakılıq əlamətlərinə rast gəlinməyib: 

"Rusiya hərbi bazasının Ermənistandakı Cənub Hərbi Dairəsi üzrə komandanlığının komissiyası hüquq-mühafizə orqanları ilə birlikdə müqavilə əsasında hərbçinin ölümü ilə bağlı araşdırma aparır. Hərbçinin cəsədində zorakılıq əlamətlərinə rast gəlinməyib".

Hazırda hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.

Cinayət xəbərləri saytı shamshyan.com-un yazdığına görə, ölən şəxs 36 yaşlı müqaviləli hərbçi A.P.-dir.

16