Bakıda yağan yağış

Hava yenidən dəyişəcək

637
(Yenilənib 13:32 10.10.2018)
Sabaha gözlənilən hava proqnozu açıqlanıb

BAKI, 10 oktyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Cənub-şərq küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 20-24, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 11-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

637
Teqlər:
Abşeron yarımadası, Bakı, hava, yağış
Əlaqədar
Sabaha gözlənilən hava məlumatı açıqlanıb
Yağış, duman, şaxta və isti - HAVA XƏBƏRDARLIĞI
Bu da oldu, havanın bir butulkası 100 dollara satılır