Avtomobil yolu, arxiv şəkli

Şimal bölgəsinə gedənlərə xəbərdarlıq edilir

382
(Yenilənib 14:42 09.10.2018)
Sürücülərdən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur

BAKI, 9 oktyabr — Sputnik. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda təmir işləri aparılır. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yolun 12-133 km-də qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri, həmçinin yolun 16-30 və 50-65 —ci kilometrlik hissələrində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

382
Teqlər:
təmir, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, hərəkət, avtonəqliyyat vasitələri
Əlaqədar
Paytaxtdakı bu yolun təmiri bitmək bilmir
Bakı-Sumqayıt yolu yenə təmirə bağlanır
Yenə xəbərdarlıq edilir, iki istiqamətdə yollar təmirə bağlanıb
Sürücülərin nəzərinə: Paytaxtın bu yolu təmir edilir