Lotu Quli

"Lotu Quli Azərbaycanın sifarişi ilə həbs edilib tezliklə Bakıya göndəriləcək"

11201
(Yenilənib 13:20 09.10.2018)
Səlifovun Rusiyada qida və meyvə-tərəvəzin topdansatışı ilə məşğul olan iş adamlarından xərac topladığı müəyyən edilib

BAKI, 9 oktyabr — Sputnik. Xəbər verdiyimiz kimi, İstanbulda həyata keçirilən əməliyyat nəticəsində azərbaycanlı "qanuni oğru", Lotu Quli ləqəbli Nadir Səlifov saxlanılıb. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, Səlifov Azərbaycan tərəfinin tələbi əsasında tutulub.

Мужчина в наручниках, фото из архива
© Sputnik / Anar Mustafayev

Lotu Qulinin gizləndiyi yerdə həyata keçirilən əməliyyat nəticəsində mafiya başçısı tutularaq İstanbul Əmniyyət Müdirliyinə (Baş Polis İdarəsinə) gətirilib. Burada onun ifadəsi alınıb.

"Sabah" qəzetinin yazdığına görə, Səlifovun adı 2016-cı ilin avqustunda İstanbulun Beşiktaş rayonundakı Barbarossa bulvarında, "Kabus" ləqəbli azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin (Rövşən Lənkəranski) atəşə tutularaq öldürülməsi ilə əlaqədar gündəmə gəlmişdi.

"Lüks cipində vurulan Canıyevə qarşı sui-qəsdin sifarişçisinin Səlifov olduğu iddia edilirdi. Ötən gün mediada yayılan xəbərlərə görə, Səlifovun Türkiyədən internet vasitəsilə videobağlantı quraraq Rusiyada qida və meyvə-tərəvəzin topdansatışı ilə məşğul olan iş adamlarından xərac topladığı müəyyən edilib. Səlifovun həmin iş adamlarını videobağlantı vasitəsilə hədələdiyi və idarə etdiyi iddia edilir" — yazan qəzet, Səlifovun tez bir zamanda Azərbaycana ekstradisiya ediləcəyini bildirib.

Türkiyə mətbuatında o da yer alır ki, Rövşən Canıyevin öldürülməsindən sonra — 6 dekabr 2017-ci ildə İstanbul Baş Polis İdarəsinin Mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşları Bahçelievlər səmtindəki AVM ticarət mərkəzinə basqın edib. Həmin basqın zamanı "Şirinlər" adı ilə məşhur olan cinayətkar şəbəkənin üzvləri ilə, Rövşən Canıyevin qardaşı Namiq Canıyevin də aralarında olduğu 11 şübhəli saxlanılıb.

Şübhəlilərin Canıyevi öldürtdüyü iddia edilən Lotu Quliyə sui-qəsd təşkil etmək üçün bir araya gəldiyi bildirilib. İddiaya görə, Canıyevin qardaşı Lotu Qoluni öldürmək üçün "Şirinlər" qrupunun mafiya şəbəkəsinə 5 milyon lirə təklif edib.

Kriminal dairələrə yaxın mənbənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Səlifovun həbsi barədə sifarişi Türkiyəyə Azərbaycan tərəfi versə də, əslində bu, Azərbaycanın yox, Rusiyanın sifarişidir. Çünki Rusiya hüquq-mühafizə orqanlarının "qara siyahı"sında adı olan Lotu Quli oradakı iş adamlarının əsl başağrısına çevrilib. Sahibkarlar davamlı olaraq hüquq-mühafizə orqanlarına Qulidən şikayət ünvanlayırlar.

Rusiya mediasının yazdığına görə, Nadir Səlifov Rusiyada, daha dəqiqi, Kaluqa bölgəsində topdansatış həyata keçirən iş adamlarından xərac yığırmış.

Xatırladaq ki, Moskva məhkəməsi 2017-ci ilin dekabrında Nadir Səlifov haqqında qiyabi həbs qərarı çıxarıb. Bu qərar əsasında Lotu Quli beynəlxalq axtarışa verilib. Moskva məhkəməsi kriminal avtoritetə qarşı bir sıra cinayət ittihamları əsasında bu qərarı verib.

Lotu Quli adamların oğurlanması və onların pullarının hədə-qorxu yolu ilə mənimsənilməsi barədə təlimatlar verdiyi üçün axtarışa verilib. Bundan əlavə, ona qarşı 210-cu maddə (cinayət qruplaşması qurmaq) ilə cinayət işinin açıla biləcəyi də ehtimal olunur. İstintaq Presnensk məhkəməsində Səlifovun qiyabi həbsi ilə bağlı iddia qaldırıb və bu iddia təmin edilib.

2018-ci ilin əvvəllərində isə Ukrayna Milli Polisi bildirmişdi ki, Lotu Quli adlı "qanuni oğru" Nadir Səlifovun yerli kriminal dairələr arasında artan nüfuzundan narahatdır. 25 il həbsxanada yatmış Nadir Səlifov Türkiyədə oturaraq ətrafına cinayətkar klan toplamağa başlayıb və paralel olaraq Ukrayna ərazisinə də öz təsirini yayır.

"Onun azadlığa çıxmasından dərhal sonra Ukrayna ərazisində meyvə-tərəvəz bazarında ticarətlə məşğul olan müxtəlif millətlərdən olan (erməni, ukraynalı) şəxslərin oğurlanmasına başlanılıb. Nadir Səlifov çox müasir cinayətkardır, hansı ki, pulu bitkoinlə tələb edir" — deyə Ukrayna Milli Polisi rəhbərinin birinci müavini Vyaçeslav Abroskin bildirmişdi.

Lotu Quli həbsxanada üst-üstə 25 ilədək vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Məhbəsdə olduğu vaxtda uzun illər Gürcüstana ekstradisiyasına nail olmağa çalışıb.

2017-ci il oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsi vəkilin Nadir Səlifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib. Səlifov azadlığa çıxdığı gün Türkiyədə tikinti biznesi ilə məşğul olan qardaşlarının yanına yerləşib. Lakin o, orada da dinc oturmayıb və post-sovet məkanında baş verən bir sıra cinayətlərə öz izini qoyub.

11201
Teqlər:
Rusiya, Rövşən Lənkəranski, Rövşən Canıyev, bazar, iş adamları, həbs, Azərbaycan, Türkiyə, Nadir Səlifov, Lotu Quli, "qanuni oğru", azərbaycanlı, İstanbul
Əlaqədar
Lotu Quli saxlanıldı
Ukrayna polisindən xəbərdarlıq: Lotu Quli növbəti revanşa hazırlaşır
"Lotu Quli"nin yeni görüntüləri üzə çıxdı - VİDEO
Lotu Qulinin azərbaycanlı düşməni Kiyevdə saxlanıldı - VİDEO
Sarkisyanın Lotu Qulini öldürtmək planının təfərrüatı: Onların nə maraq toqquşması var?
"Lotu Quli" bu sahəyə nəzarəti tam ələ keçirmək üzrədir
Afaq Aslan Lotu Quli ilə sevgi münasibətlərindən danışdı
Dağlıq Qarabağ, arxiv şəkli

Pandemiyanın əlimizdən aldıqlarını Qarabağ geri verəcək

5
(Yenilənib 18:05 26.10.2020)
"Qarabağ bölgəsində turizmin inkişafı gəlmə turizmin böyük marağına səbəb olacaq. Çünki postsovet məkanında da insanlar Qarabağ bölgəsinə davamlı axın edirdilər. Azıx mağarası bəşəriyyət üçün unikal abidədir. Bu mağara dünyada 7 möcüzədən biri hesab olunur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. Kəlbəcərin "İstisu" sanatoriyası, termal sularla zəngin Zəngilan rayonu, Şuşanın Turşsu, Şırlan mineral su bulaqları... Qarabağ bölgəsinin bu müalicəvi şəfa ocaqları 30 ilə yaxındır ki, işğal altında olsa da, onların adı bu gün də dillərdədir. Qarabağ torpağı təbii yollarla bir çox xəstəliklərin müalicəsində məşhur olsa da, indiyədək bu torpaqların işğal altında saxlanılması həmin bölgənin turizm potensialından istifadəni mümkünsüz edirdi. İşğal altında olan torpaqlarımızın azad olunması unikal iqlimə malik Qarabağ bölgəsinin mineral sularından, müalicəvi bitki aləmindən, sanatoriya-kurort sistemindən yenidən bəhrələnmək imkanı yaradıb.

Tarixçi Kamal İsmayılov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu sırada ilk növbədə kurort şəhəri Şuşanın adını çəkmək lazımdır. Həmsöhbətimiz bildirir ki, dəniz səviyyəsindən 1300-1500 metr hündürlükdə yerləsən Şuşanın unikal iqlimi, havası, mineral bulaqları öz müalicəvi xüsusiyyətləri ilə Davos və Kislovodsk kimi tanınmış kurortları geridə qoyur:

"Hələ qədimlərdən Şuşa şəhərinin, Cıdır düzünün havası, İsa bulağı, Turşsu, Şirlan bulaqlarının suyu bir çox xəstəliklərdən, o cümlədən ümumi halsızlıq, qanazlığı, qapalı vərəm və s. xəstəliklərdən şəfa tapmaq üçün uzaq-uzaq diyarlardan gələn xəstələrə məlhəm olub. Şuşanın müalicəvi xüsusiyyətlərini nəzərə alaraq XX əsrin ortalarında burada şəhərin kurort mərkəzi kimi inkişaf etdirilməsi qərara alınıb. Qısa müddət ərzində burada müasir sanatoriya korpusları və müəssisələri tikilib və şəhər SSRİ-nin bütün respublikalarından qonaq qəbul edən kurort şəhərinə çevrilib. Şuşa şəhəri 1991-ci ilin mayında Ermənistan qoşunları tərəfindən işğal edilərək, şəhərin yalnız azərbaycanlılardan ibarət olan bütün əhalisi öz doğma ocaqlarından deportasiya olunubdur.

Qarabağ torpağının digər təbii zənginliklərindən biri də İstisu mineral su bulağı və bu bulaq üstündə yaradılmış İstisu kurortudur. Öz səmərəliyinə görə Gürcüstanın Sxaltuba suyunu geridə qoyan İstisu kurortunun yerləşdiyi Kəlbəcər rayonu 1993-cü ilin aprelində Ermənistan tərəfindən işğal edilib. İstisu kurortunu ələ keçirən Ermənistan eyniadlı məşhur müalicəvi mineral suyun adını dəyişib və "Cermux" adı ilə xarici ölkələrə satmağa başlayıb".

Tarixə nəzər salsaq, görərik ki, Qarabağın əsas turizm potensialı Şuşa və Ağdamda çəmlənsə də, regionun bütün bölgələri müalicə və istirahət üçün yararlı idi. Sovet dönəmində Şuşada ötən əsrin 30-cu illərindən başlayaraq və 80-ci illərdə isə Ağdamda turizmin potensialı inkişaf etdirilib. Şuşa şəhərində ilk istirahət evi 1936-ci ildə istifadəyə verilib. Şuşa şəhərində 1316 yerlik Şuşa Sanatoriya Kurort birliyi, 130 yerlik "Şəfa" turist bazası və Ağdam rayonunun Gülablı kəndində 100 yerlik, Şelli kəndində 50 yerlik, Şahbulaqda isə 40 yerlik müalicə istirahət mərkəzləri fəaliyyət göstərib. Şuşa Sanatoriya-Kurort Birliyinin balansına aid 2 və 3 mərtəbəli 17 bina daxil idi.

Əlavə olaraq qeyd edilməlidir ki, 80-ci illərdə Şuşada daha 200 nəfərlik, Ağdamda 255 nəfərlik sanatoriya binasının inşası münaqişə başlandığından istifadəyə verilməmiş qaldı. Şuşa Sanatoriya-Kurort Birliyinin balansında işçilər üçün nəzərdə tutulmuş 28 yerlik yaşayış kompleksi də var idi. Bütün bunlarla yanaşı, şəhərdə məktəblilər üçün nəzərdə tutulmuş istirahət düşərgələri də fəaliyyətdə idi. Onun ikisi 500 və 300 yerlik respublika səviyyəsində, digəri isə vilayət məktəblilərinə xidmət göstərirdi.

Ağdamın Gülablı kəndində ilk 100 yerlik sanatoriya inşa edilərək 1983-cü ilin fevral ayında istifadəyə verildi. Bundan əvvəl isə ərazidə 14 kottec və 4 qırğız çadırı quraşdırılmışdı. İlboyu işləməsi nəzərdə tutulan sanatoriyada həm də müalicə korpusu fəaliyyət göstərirdi. Sanatoriyanın nəzdində yardımçı təsərrüfatların yaradılması istirahətə gələnlərə yüksək keyfiyyətli ərzaq məhsullarının təqdim edilməsinə, həm də əlavə gəlir əldə etməyə şərait yaradıb. Müəssisəyə təqdim edilmiş Qarabağ atının köməyi ilə turistlərın gəzintiyə aparılması da maraq doğuran faktlardandır. Yeri gəlmişkən, qeyd edək ki, turistlərə atla gəzinti Şahbulaq turist bazasında təklif olunurdu. 40 nəfər turist üçün nəzərdə tutlmuş Şahbulaq turizm bazası isə 1988-ci ildə istifadəyə verilmişdi. Gülablı sanatoriyası hazırda Azərbaycan Kollektiv Təsərrüfatlararası İstirahət Mərkəzləri Birliyinin balansındadır.

Göründüyü kimi, Qarabağ və ətraf rayonların erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində bütün sahələrlə yanaşı, regionun turizm iqtisadiyyatına ciddi ziyan dəyib.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, Milenium Konqres Turizm şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, beynəlxalq tədbirlərdə, sərgilərdə iştirak edən zaman Qarabağa turizm marşrutu kimi diqqət ayırmağa, onun unudulmasına imkan verməməyə çalışsalar da, buna çox zaman imkan verilməyib. Onun sözlərinə görə, ermənilər bu sahədə də təxribata əl atmaqdan çəkinməyiblər: "Onlar beynəlxalq tədbir və sərgilərdə Qarabağı ayrı stend kimi göstərirdilər. Hətta Qarabağı Ermənistan xəritəsində göstərirdilər. Biz, təbii ki, buna etirazımızı bildirirdik".

R.Quliyev deyir ki, əsas marşrutlar içərisində Qarabağ və Naxçıvan marşrutu mövcuddur:

"Sovet dövründə də ümumittifaq əhəmiyyətli marşrutlar içərisində Qarabağ marşrutu çox populyar idi. Şuşada balneoloji mərkəzlər mövcud olub, orada kanat yollarının çəkilməsi üçün 42 il öncə verilmiş anonslar da var idi. Əfsuslar olsun ki, biz o günü görmədik. Unikallıq ondadır ki, bu bölgədə dini, ekoloji, aqroturizm, eləcə də turizmin digər növləri üçün əlverişli imkanlar var. Təkcə Zəngilanda çoxlu sayda termal su mənbələri mövcuddur. Zəngilan rayonunun Mincivan qəsəbəsində Araz çayının sol sahilində "Ocaq çinar" deyilən, müqəddəs sayılan bir çinar ağacı var. Şəfa şəhərlərinin qalıqları, Məmmədbəyli türbəsi və s. böyük turizm potensialı olan məkanlardır".

R.Quliyev bildirir ki, Xudafərin körpüsü, Azıx mağarasına da gələcəkdə turist marşrutu ola bilər: "Mədəni-tarixi abidələrimiz dağıldılsa da, onların bərpasından sonra həmin istiqamətlərə turların təşkili mümkündür.

Gələcəkdə İranla bu sahədə əməkdaşlıq olacaq. Türk birliyinin burada müasir İpək yolu layihəsi mövcuddur. Azərbaycana daxil olmaq üçün Qars-İğdır-Naxçıvan marşrutu, İran ərazisindən dəmiryol xəttinin çəkilməsi mümkün ola bilər. Burada marşrutlar təyyarə ilə nəzərdə tutulsa da, dəmir yolunun çəkilməsi tur paketin maya dəyərini də aşağı salacaq. Hazırlanacaq baş fəaliyyət planının içərisində turizm də çox böyük yer alacaq. Bu da Azərbaycanda daha çeşidli turizm xidmətlərinin təklif olunmasına gətirib çıxaracaq".

R.Quliyevin sözlərinə görə, Qarabağ bölgəsində turizmin inkişafı gəlmə turizmin böyük marağına səbəb olacaq: "Çünki postsovet məkanında da insanlar Qarabağ bölgəsinə davamlı axın edirdilər. Azıx mağarası bəşəriyyət üçün unikal abidədir. Bu mağara dünyada 7 möcüzədən biri hesab olunur. Bizim Qarabağ bölgəsində UNESCO-nun irs siyahısına düşəcək abidələrimiz var. Orada quruculuq bərpa işlərinin keçirilməsi müəyyən zaman alsa da, Qarabağın turizm potensialından istifadə Azərbaycana iqtisadi baxımdan böyük qazanc gətirəcək".

Dövlət Turizm Agentliyindən Qarabağ bölgəsinin turizm potensialının öyrənilməsi ilə bağlı artıq işlərə başlanıldığını, bu günlərdə ictimaiyyətə bu barədə geniş açıqlama veriləcəyini söylədilər.

5
Teqlər:
marşrut, Naxçıvan, Azıx mağarası, Xudafərin, Ağdam, İstisu, Kəlbəcər, Şuşa, Qarabağ, turizm
Əlaqədar
Xaricə çıxış olmayacaq deyə, gözlər daxilə dikilib: Məhdudiyyət tələbatı artıracaq
Bu məkan yalnız Azərbaycandadır: hər kəsdən bir "parça" qalıb - FOTO
Zəngilanın azad edilməsi Ermənistanın daha bir saxtakarlığına son qoyur
"Xırdalıqlar" içində itən tibb ocağı: Onun özünün şəfaya ehtiyacı var - FOTOLAR
Qarabağın gələcəyi daha çox ekoturizmə bağlı olacaq - Samir Dübəndi
Ermənistan ordusuna məxsus PUA

Azərbaycan Ermənistanın kəşfiyyat qurğusunu məhv etdi

12
Bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.

BAKI, 26 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinə məxsus kəşfiyyat kvadrokopteri məhv edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb. 

"Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib", - MN-in məlumatında deyilir. 

12