Sənədin imzalanması

Gözlənilən təyinat baş tutdu

604
(Yenilənib 10:26 09.10.2018)
Ülvi Əhəd oğlu Mirzoyev Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinə təyinat alıb

BAKI, 9 oktyabr — Sputnik. Neftçilәr Xәstәxanasına yeni baş direktor təyin olunub. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

O bildirib ki, Neftçilәr Xәstәxanasının baş direktoru Hikmәt Hәsәnov öz ərizəsi ilə işindən azad edilib. Və onun yerinə Səhiyyə Nazirliyi Kollegiyasının qərarına əsasən, Mirzoyev Ülvi Əhəd oğlu Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinə təyinat alıb.

604
Teqlər:
Mirzoyev Ülvi, Hikmәt Hәsәnov, Səhiyyə Nazirliyi, baş həkim, Mәrkәzi Neftçilәr Xәstәxanası
Əlaqədar
Bakıda qalmaqallı posta yeni təyinat oldu
Təhsil nazirindən mühüm təyinat
Nazirlikdə yeni təyinat
Daha bir yüksək vəzifədən istefa: Yerinə təyinat da var
Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı əmr imzalandı - Yeni təyinat
Prezident Administrasiyasında yüksək posta təyinat olub
Azərbaycan hərbçiləri Kəlbəcərdə, arxiv şəkli

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

9
(Yenilənib 09:51 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Həmin möhtəşəm kadrları təqdim edirik.

9
Teqlər:
Azərbaycan bayrağı, Müdafiə Nazirliyi, Üçtərəfli bəyanat, Kəlbəcərin azad olunması
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

7
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

7
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi