Bu qadın heç bir iş görməməyə görə maaş alır

© Instagram /kurjerLarisa Qriqoroviç
Larisa Qriqoroviç - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın yarım ildir heç bir iş görməmək üçün işə gedib maaş alır

BAKI, 98 oktyabr — Sputnik. Belarusun Slutska şəhərinin sakini Larisa Qriqoroviç artıq yarım ildir ki, hər gün işə gedir, sadəcə müdirin kabinetindəki iş stolunda oturur və buna görə maaş alır. Çünki qadının orada görəcəyi bir iş yoxdur.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Layf.ru məlumat yayıb.

Portfel - Sputnik Azərbaycan
CƏMİYYƏT
İş axtaranların nəzərinə - Müraciət edin

Maraqlıdır ki, heç bir iş görməyən bu qadın ölkə şərtlərində normal maaş sayılan 270 Belarus rublu (212 manat) dəyərində maaş alır.

Qadına ötən ilin dekabrında deyiblər ki, o, şəhər stadionunun icarə məntəqəsinin rəhbəridir. Qışda o, konki, kirşə, xizək icarəyə verib, kassanı idarə edib və bu iş onun çox xoşuna gəlib.

Yazda isə buranı heç kəs ziyarət etməyib. Yalnız stadionun kassası açılanda, məlum olub ki, orada artıq pensiyaçı qadın oturur. Müəssisənin rəhbəri Qriqoroviçin yanına gələrək ona deyib ki, yaz-yay aylarında onun işi sadəcə kabinetdə oturmaqdan ibarətdir.

İndi bütün iş günlərində qadın müdirin kabinetindəki stulda boş-boşuna oturur. Bu isə psixoloji cəhətdən ağır işdir. Çünki insan işdə nə iləsə məşğul olmalıdır. Lakin pensiyaçı qadın üçün heç bir iş görməməyə görə verilən 270 rubl böyük puldur.

Xəbər lenti
0