SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əliyevlə operativ əlaqə yaratmamışam – Paşinyan vədinə xilaf çıxdı

© Sputnik / Asatur YesayantsNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan baş naziri sualları cavablandırıb

BAKI, 8 oktyabr — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyan hələlik Azərbaycan prezidenti İlham Əliyevlə operativ əlaqə yaratmayıb. Sputnik Ermənistan xəbər verir ki, bunu Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

Düşənbədə keçirilən MDB dövlət başçıları sammitindən sonra Paşinyan bildirmişdi ki, "blitz" görüş zamanı operativ əlaqə yaratmaq barədə qərar qəbul edilib.

Ötən həftə parlamentdə hökumət saatı zamanı Respublika Partiyasından olan deputat Armen Aşotyanın sualını cavablandıran Paşinyan bəyan etmişdi ki, əlaqə hələ yaradılmayıb, lakin bu istiqamətdə işlər aparılır.

Xəbər lenti
0