Yağış

Sabaha gözlənilən hava məlumatı açıqlanıb

510
Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var

BAKI, 8 oktyabr — Sputnik. 9 oktyabrda gözlənilən hava şəraiti açıqlanıb. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. 

Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 18-22, Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək — 764 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında isə oktyabrın 9-da hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

510
Teqlər:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, hava, yağış
Əlaqədar
Yağış, duman, şaxta və isti - HAVA XƏBƏRDARLIĞI
Paytaxt və bölgələrdə gözlənilən hava şəraitinə dair xəbərdarlıq
Hava şəraiti yenidən dəyişəcək
Əhaliyə hava xəbərdarlığı edilir
Ayın ilk gününün hava proqnozu açıqlandı
Proqnoz açıqlandı: Oktyabrda hava necə olacaq?
Sentyabrın son gününün hava proqnozu açıqlandı