İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib

İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib

15
(Yenilənib 12:44 08.10.2018)
Mark Şnayer Prezident İlham Əliyevlə Bakıda və ABŞ-da keçirdikləri görüşləri məmnunluqla xatırlayıb

BAKI, 8 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib.

Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Mark Şnayer Prezident İlham Əliyevlə Bakıda və ABŞ-da keçirdikləri görüşləri məmnunluqla xatırlayıb.

Söhbət zamanı Azərbaycanda müxtəlif xalqların və etnik qrupların, o cümlədən yəhudi icması nümayəndələrinin dinc yanaşı və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığı qeyd olunub, onların Azərbaycanın ictimai həyatında fəal iştirak etdiyi vurğulanıb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, ABŞ Etnik Anlaşma Fondunun bu işə töhfə verdiyi qeyd olunub.

15
Teqlər:
prezident, İlham Əliyev, Mark Şnayer, ABŞ Etnik Anlaşma Fondunun prezidenti, görüş
Əlaqədar
Prezident əcnəbi qonaqla görüş zamanı mühüm təlimat verdi: Azərbaycan artıq...
Prezident yüksək vəzifəli məmuru işdən azad etdi
Keçmiş prezident azadlıqdan məhrum edildi
Prezident Dövlət Sərhəd Xidməti haqqında mühüm qərar verib
Prezident vacib qurumun Direktorlar Şurasını ləğv etdi
Prezident turizmə dair önəmli qərara imza atdı
Prezident yol tikintisi ilə bağlı mühüm sərəncam imzaladı
Pianoçu Vurğun Vəkilov

Səməd Vurğunun nəticəsi şah əsərləri ifa edib

19
(Yenilənib 22:24 24.09.2021)
V.Vəkilov ölkəmizi İtaliya, Yaponiya, Rusiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrdə keçirilən müsabiqələrdə də təmsil edib. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib.

BAKI, 24 sentyabr — Sputnik. Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı davam edir. Sentyabrın 23-də festival çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində istedadlı pianoçu, Xalq şairi Səməd Vurğunun nəticəsi, "École normale de musique de Paris-Alfred-Cortot" ali musiqi məktəbinin tələbəsi Vurğun Vəkilovun konserti olub.

Sputnik Azərbaycan xəbər verir ki, konsertdə klassik musiqinin şah əsərləri səslənib. Pianoçunun çıxışı böyük maraqla qarşılanıb.

Qeyd edək ki, V.Vəkilov 2004-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birinci sinfinə gedib. İstedadlı pianoçu 2008-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunan Gənc İfaçıların Birinci Respublika Müsabiqəsinin qalibi olub. V.Vəkilov ölkəmizi İtaliya, Yaponiya, Rusiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrdə keçirilən müsabiqələrdə də təmsil edib. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib.

19
“Üzeyir sənətinin gənclik sədaları” layihəsinin növbəti konserti

"Üzeyir sənətinin gənclik sədaları"

10
(Yenilənib 22:24 24.09.2021)
Xəzər Universitetinin Kamera orkestri ilə solistlərinin də qatıldığı "Xəzər dalğası" adlı layihə maraqla qarşılanıb.

BAKI, 24 sentyabr — Sputnik. XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Üzeyir sənətinin gənclik sədaları" layihəsinin növbəti konserti baş tutub.

Mədəniyyət Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xəzər Universitetinin Kamera orkestri ilə solistlərinin də qatıldığı "Xəzər dalğası" adlı layihə maraqla qarşılanıb. Orkestrin bədii rəhbəri Zülfiyyə Sadıqova, dirijoru Orxan Həşimovdur.

Konserti ön sözlə açan bəstəkar, respublikanın Xalq artisti Sərdar Fərəcov 13 il ərzində keçirilən bu festivalın əhəmiyyətindən danışıb. Festivala artıq yeddinci ildir ki, qatılan Xəzər Universitetinin iştirakının gözəl ənənə olduğunu vurğulayıb.

Xəzər Universitetinin Fikrət Əmirov adına konfrans-konsert mərkəzində keçirilən tədbirin solist iştirakçıları sırasında respublikanın əməkdar artistləri - müğənni tenor Fərid Əliyev, zurna və balaban ifaçısı Şirzad Fətəliyev, beynəlxalq müsabiqə laureatları Məhsəti Cabbarova və Yuliya Behbudova olublar.

Konsertdə Nikolay Rimski-Korsakovun "Seyrələn uçan buludlar", Frans Leqarın "Cuditta" operasından Cudittanın mahnısı, Leo Delibin "İspan mahnısı", Tomazo Albinoninin "Adajio", Sərdar Fərəcovun "Elegiya", Ü.Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasından Gülçöhrənin ariyası və digər əsərlər səslənib. Tədbir Fikrət Əmirovun "1001 gecə" baletindən "Şəhrizadın bayramı" rəqs nömrəsi ilə tamamlanıb.

10