Qəbələ rayon Polis Şöbəsinin növbətçi hissəsi

Qəbələdə baş verən qorxunc hadisənin yeni detalları üzə çıxdı

575
(Yenilənib 12:31 08.10.2018)
Qəbələdə ərəblərin kirayə qaldığı ev yanıb, 1 nəfər ölüb, və yaralananlar var

BAKI, 8 oktyabr — Sputnik. Xəbər verdiyimiz kimi, Qəbələ rayonunda ərəb turistlərin kirayə qaldığı evdə yanğın baş verib. Sputnik Azərbaycanın bölgə muxbiri xəbər verir ki, yanğın zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisə zamanı ölən və xəsarət alan turistlərin kimliyi də bəlli olub. Evdə olan 1996-cı il təvəllüdlü qız Arbua Əl-Həmidi yanğın zamanı dünyasını dəyişib.

Küveyt vətəndaşları — 1993-cü il təvəllüdlü Əhmad Adnan Əl-Həmidi, 2001-ci il təvəllüdlü Nura Adnan Əl-Həmidi, 1989-ci il təvəllüdlü Sara Adnan Əl-Həmidi, 2017-ci il təvəllüdlü Adam Mudar Əl-Dehni, 1960-ci il təvəllüdlü Raba Muhammed Əl-Rovaşda, 1958-ci il təvəllüdlü Adnan Əl-Həmidi müxtəlif dərəcəli bədən xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılara ilkin tibbi yardım göstərilib, onlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin dinləmələrə görə, hadisənin elektrikdən qaynaqlandığı ehtimal olunur. Turistlərin dediklərinə görə isə onlar yuxudan partlayış səsinə ayılıblar və yanğının baş verdiyini görüblər. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

575
Teqlər:
ərəb, Qəbələ, turist, yanğın
Əlaqədar
Üç rayonumuzda yanğın olub
Sumqayıtda yanğın olub
Paytaxtda baş vermiş yanğın söndürülüb
Bakıda güclü yanğın başlayıb - VİDEO
Dəhşətli yanğın kəndə yaxınlaşır: Beşbarmaq dağı və Xıdır Zində piri təhlükədə - VİDEO
Dördmərtəbəli yaşayış binasında yanğın olub: Ölən və yaralananlar var — FOTO
Paytaxtda uşaq bağçasında yanğın oldu