Səyyar ASAN xidmət. Arxiv şəkli

Rayon sakinlərinin işi "ASAN"laşacaq

129
(Yenilənib 10:53 08.10.2018)
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur

BAKI, 8 oktyabr — Sputnik. Səyyar "ASAN xidmət" 26 sentyabr-15 oktyabr Göyçayda, 1-15 oktyabr Ağstafada, 3-17 oktyabr Sahil qəsəbəsində, 6-25 oktyabr Hacıqabulda, 6 oktyabr-3 noyabr Tovuzda, 5 oktyabr-3 noyabr Xudatda, 6-20 oktyabr Cəlilabad, Ağdamda, 8 oktyabr-6 noyabr Şəkidə, 9 oktyabr-7 noyabr Qobu qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Sputnik Azərbaycan "ASAN xidmət"in mətbuat xidmətinə istinadən xəbər verir ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:  

— Notariat fəaliyyəti;

— Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

— Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

— Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

— Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

— Əmək pensiyalarının təyin edilməsi;

— Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

— Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

— Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

129
Teqlər:
Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Ağdam, Cəlilabad, ASAN Xidmət
Əlaqədar
"ASAN xidmət"dən bölgə sakinlərinə şad xəbər
Vətəndaşlar daha asan şəkildə işıq pulu ödəyəcəklər
"ASAN xidmət"də yeni rekord qeydə alınıb
Əhalinin nəzərinə: Səyyar "ASAN xidmət" səfərə çıxır
"ASAN xidmət"dən vətəndaşlara şad xəbər: Daha bir xidmət göstəriləcək
Qiyməti kimin və niyə qaldırdığı bəlli deyil: Bu, artıq ASAN olmadı ki...
"ASAN xidmət"də iki rekord
Mobil operatorların qiymət artırmasına cavab: "ASAN imza ləğv edilsin"
Səyyar "ASAN xidmət" iyulda bu rayonlarda olacaq
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

6
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

6
Lady Qaqa

Ledi Qaqa büsbütün dəyişdi

11
(Yenilənib 22:51 26.02.2021)
35 yaşlı Qaqa Roma şəhərində yeni stildə görüntülənib. Tanınmamaq üçün maska və qara gün eynəyindən istifadə edən ifaçının bu cəhdi boşa çıxıb.

BAKI, 26 fevral — Sputnik. Albomları və "A Star Is Born" filmindəki aktrisalıq qabiliyyəti ilə müzakirələrə səbəb olan Ledi Qaqa xarici görünüşündə dəyişiklik edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, 35 yaşlı Qaqa Roma şəhərində yeni stildə görüntülənib. Tanınmamaq üçün maska və qara gün eynəyindən istifadə edən ifaçının bu cəhdi boşa çıxıb.

Hazırda film çəkillişlərində iştirak edən Ledi geyim tərzini və saç rəngini dəyişib. O, bunu rol aldığı ekran işi üçün edib.

Qeyd edək ki, Qaqa "Gucci" adlı ekran əsərində çəkilir.

11