Moskvada ahıl insanlar

Qocalıq yaşı neçədir?

135
(Yenilənib 04:44 06.10.2018)
6 faiz qocalıq dövrünü 80 yaşdan yuxarıya aid edib

BAKI, 6 oktyabr — Sputnik. Rusiyalılar arasında qocalıq yaşı ilə bağlı sorğu keçirilib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, rəyi soruşulan 32 faiz rusiyalı qocalığın 50-59 yaş arası başladığını düşünür. 31 faiz isə 60-69 yaş arasında qocalma prosesinin başladığını iddia edir. Bu sorğuda iştirak edənlərin cəmi 16 faizi qocalığın 70-79 yaşlarda olduğunu deyib.

4 faiz isə hətta qocalığın 40-49 yaşından başladığını bildirib. 6 faiz isə qocalıq dövrünü 80 yaşdan yuxarıya aid edib. Hətta bir faiz rusiyalı qocalığın 40 yaşından başladığını deyib.

135
Teqlər:
ahıl, Rusiyalılar, qoca, sorğu