Yevlax rayonunun Yuxarı Qarxun kənd qəbiristanlığı

Dəfn qaydaları dəyişir, 3 əmələ görə cərimə tətbiq olunacaq

3586
(Yenilənib 14:02 05.10.2018)
İcazə verilməyən ərazilərdə dəfnlər həyata keçirənlər 500 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcəklər

BAKI, 5 oktyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliyə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, Məcəlləyə yeni — 516-1 (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsi əlavə olunub.

Maddəyə əsasən, dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək məbləğdə cərimə edilirlər.

Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə olunacaqlar.

Bundan başqa, qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.

3586
Teqlər:
cərimə, manat, dəfn, qəbir, Milli Məclis
Əlaqədar
Azərbaycanda sevgililər qəbiristanlığı varmış: Qoşa qəbirlərin yanında dəfn qadağandır
Dəfn mərasimində ehsan yeyib öldülər
Şəhidimiz dəfn edildi
"O dünyadan" qayıdaraq, öz dəfninə baxdı
Ermənistanın sabiq prezidenti Robert Köçəryan

Ermənistanın sabiq prezidenti Türkiyəyə qarşı tələ qurduqlarını etiraf etdi

3
(Yenilənib 12:32 05.12.2020)
Ermənistanın ikinci prezidenti olmuş Köçəryan rəsmi İrəvan hökumətinin Dağlıq Qarabağ müharibəsini başlamaq üçün bütün imkanlarından yararlandığını deyib

BAKI, 5 dekabr — Sputnik. Ermənistanın sabiq prezidenti Robert Köçəryan: "Türkiyəni birbaşa müharibəyə cəlb etmək üçün çalışdıq, amma bacarmadıq", - deyə etiraf edib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Ermənistanın ikinci prezidenti olmuş Köçəryan rəsmi İrəvan hökumətinin Dağlıq Qarabağ müharibəsini başlamaq üçün bütün imkanlarından yararlandığını deyərək Türkiyəni də bu müharibəyə cəlb etmək istədiklərini, lakin buna müvəffəq ola bilmədiklərini bildirib. "Fəaliyyətləri ilə Azərbaycana beynəlxalq legitimlik qazandırdılar", - deyə Koçaryan əlavə edib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb, kəndlərin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) isə Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

3
Teqlər:
müharibə, Türkiyə, etiraf, Robert Koçaryan, Ermənistan, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Bakıda buludlu hava, arxiv şəkli

Sabah meteohəssas insanlar üçün yaxşı gün olacaq

4
Tibbi-meteoroloji proqnoza görə, dekabrın 6-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

BAKI, 5 dekabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, gecə və səhər zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Dekabrın 6-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, dekabrın 6-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

4
Teqlər:
hava proqnozu, qar, külək, şaxta, yağış, buludlu hava