Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident Dövlət Sərhəd Xidməti haqqında mühüm qərar verib

82
(Yenilənib 12:45 05.10.2018)
Dövlət başçısı sərhəd hərbi dəniz bayraqlarının təsvirinin təsdiq edilməsi haqda fərman imzalayıb

BAKI, 5 oktyabr — Sputnik. Prezident İlham Əliyev Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd hərbi dəniz bayraqlarının təsvirinin təsdiq edilməsi haqda fərman verib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmanda deyilir:

1. Sərhəd hərbi dəniz bayraqlarının (şəkil 10-15) yaşıl qumaşı ipək faydan hazırlanır. Bayrağın yuxarı sol dörddə birində (breyd-vımpelin və vımpelin solunda) ağ fonun aşağı kənarı boyunсa iki dalğavarı mavi zolaq, ağ fonun üzərində sol tərəfdə qırmızı rəngli aypara və səkkizguşəli ulduz, sağ tərəfdə isə üzərinə lövbər kəndiri dolanmış mavi rəngli lövbər təsvir olunub.

Sərhəd hərbi dəniz bayraqları
© Official website of President of Azerbaijan Republic
Sərhəd hərbi dəniz bayraqları

2. Düzbucaqlı sərhəd hərbi dəniz bayrağının ölçüləri: uzunluğu 70 metrdən çox olan 2-ci dərəcəli gəmilər üçün — uzunluğu 180 sm, eni 115 sm; uzunluğu 70 metrədək olan 2-ci dərəcəli gəmilər üçün — uzunluğu 140 sm, eni 90 sm; 3-сü və 4-сü dərəсəli gəmilər və katerlər üçün — uzunluğu 90 sm, eni 65 sm. Nazik mavi zolağın eni 5 sm, qalın mavi zolağın eni 15 sm, zolaqlar arasındakı məsafə 5 sm; ayparanın yuxarı nöqtəsindən bayrağın yuxarı kənarına qədər və ayparanın aşağı nöqtəsindən bayrağın mavi zolağına qədər məsafə 5 sm, ulduzun xarici diametri 7 sm, lövbərin hündürlüyü 22 sm, eni 15 sm-dir. Sərhəd hərbi dəniz bayrağının ölçüləri gəmilərin və katerlərin ölçülərinə əsasən kiçildikdə nazik və qalın mavi zolaqların ölçüləri, zolaqlar arasındakı məsafə, ayparanın yuxarı nöqtəsindən bayrağın yuxarı kənarınadək və ayparanın aşağı nöqtəsindən bayrağın mavi zolağınadək məsafə və ulduzun xarici diametri də həmin nisbətdə kiçilir.

3. Azərbayсan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin bayrağı (şəkil 11) aşağı hissəsində xarici diametri 30 sm olan üç səkkizguşəli ulduz təsvir olunmuş sərhəd hərbi dəniz bayrağıdır.

Azərbayсan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin bayrağı
© Official website of President of Azerbaijan Republic
Azərbayсan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin bayrağı

4. Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi rəisinin bayrağı (şəkil 12) aşağı hissəsində xarici diametri 30 sm olan iki səkkizguşəli ulduz təsvir olunmuş sərhəd hərbi dəniz bayrağıdır.

Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi rəisinin bayrağı
© Official website of President of Azerbaijan Republic
Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi rəisinin bayrağı

5. Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi qərargah rəisinin bayrağı (şəkil 13) aşağı hissəsində xarici diametri 30 sm olan bir səkkizguşəli ulduz təsvir olunmuş sərhəd hərbi dəniz bayrağıdır.

Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi qərargah rəisinin bayrağı
© Official website of President of Azerbaijan Republic
Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi qərargah rəisinin bayrağı

6. Sahil Mühafizəsinin gəmilər birləşməsi komandirinin breyd-vımpeli (şəkil 14) iki şüa ilə sonlanan uzun ensiz yaşıl zolağı olan, kiçik ölçülü, konusşəkilli sərhəd hərbi dəniz bayrağıdır. Yaşıl zolaqda bayrağın ağ fonundan 10 sm sağda Sahil Mühafizəsinin fərqlənmə nişanı təsvir olunmuşdur.

Sahil Mühafizəsinin gəmilər birləşməsi komandirinin breyd-vımpeli
© Official website of President of Azerbaijan Republic
Sahil Mühafizəsinin gəmilər birləşməsi komandirinin breyd-vımpeli

7. Sərhəd gözətçi və köməkçi gəmilərinin (katerlərinin) vımpelləri (şəkil 15) iki şüa ilə sonlanan uzun ensiz yaşıl zolağı olan kiçik ölçülü, konusşəkilli sərhəd hərbi dəniz bayrağıdır.

Sərhəd gözətçi və köməkçi gəmilərinin (katerlərinin) vımpelləri
© Official website of President of Azerbaijan Republic
Sərhəd gözətçi və köməkçi gəmilərinin (katerlərinin) vımpelləri

8. Breyd-vımpelin və vımpelin ölçüləri: uzunluğu 70 metrdən çox olan 2-ci dərəcəli gəmilər üçün — uzunluğu 180 sm, eni 35 sm; uzunluğu 70 metrədək olan 2-ci dərəcəli gəmilər üçün — uzunluğu 150 sm, eni 25 sm; 3-cü və 4-cü dərəcəli gəmilər və katerlər üçün — uzunluğu 110 sm, eni 20 sm. Breyd-vımpelin və vımpelin ağ fonunun uzunluğunun eninə nisbəti 1:1,5-dir, şüalarının kəsiyinin uzunluğu vımpelin uzunluğunun 1/7-nə, zolağın iki şüadan ibarət sonluğunun eni bayrağın eninin 1/2-nə bərabərdir.

9. Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd hərbi dəniz bayraqlarının hər iki üzü eynitəsvirli olur.

82
Teqlər:
hərbi dəniz bayraqları, Azərbayсan Respublikası, təsvir, prezident İlham Əliyev, Dövlət Sərhəd Xidməti
Əlaqədar
Sərhəd-keçid məntəqəsində yaşanan süni əngəllər aradan qalxmağa başlayıb
Azərbaycan-Gürcüstan sərhədində qaçaqmalçılığın qarşısı alınıb
Azərbaycanlı miqrantlar Türkiyə sərhədində saxlanıldılar
Şəhid Murad İbrahimovun dəfn mərasimi

İtkin düşən 50 hərbçidən biri 113 gün sonra Gəncədə dəfn edilib

2
Vətən müharibəsinin gedişində şəhidlik zirvəsinə ucalan Murad İbrahimovun 1 yaşlı oğlu vətənə əmanət qalıb.

Rahim Məmmədov, Sputnik Azərbyacan

BAKI, 23 yanvar — Sputnik. Gəncə şəhərində dünyaya göz açan 28 yaşlı hərbçi Murad İbrahimov Vətən müharibəsi başlayan gündən MAXE kimi döyüşlərə qatılıb. İbrahimov sonuncu dəfə ailəsi ilə oktyabrın 2-də danışıb. Həmin gündən sonra Muraddan ailəsi xəbər ala bilməyib. Onun 44 günlük Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğu bildirilir.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün Azərbaycan Ordusunun əsgəri M. İbrahimovun nəşi Gəncə şəhərinə gətirilib. Şəhidin yaşadığı evdə vida mərasimi keçirildikdən sonra , Gəncədəki şəhidlər xiyabanında dəfn edilib.

  • Şəhid Murad İbrahimovun dəfn mərasimi
    © Sputnik / Rahim Mammadov
  • Şəhid Murad İbrahimovun dəfn mərasimi
    © Sputnik / Rahim Mammadov
  • Şəhid Murad İbrahimovun dəfn mərasimi
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Şəhid Murad İbrahimovun dəfn mərasimi

Vida mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, millət Vəkili Naqif Həmzəyev, Türkiyənin Gəncədə baş konsulu Zəki Öztürk, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.

Murad İbrahimov Vətən müharibəsində itkin düşən 50 hərbçidən biridir. Gəncə şəhər sakini evli olub 1 yaşında oğlan övladı var.

 

2

İtaliya sahillərində nəhəng balina cəmdəyi tapılıb video

5
(Yenilənib 11:57 22.01.2021)
İtaliyanın Sorrento limanı hövzəsində nəhəng balina cəmdəyi tapılıb. Hadisənin şahidlərinin çəkdiyi kadrları izləyin.

Xəbər verilir ki, dalğıcların təsadüfən onun balası ilə toqquşması nəticəsində bala onları balinanın öldüyü yerə aparıb çıxarıb. Balinanın uzunluğu 23 metr, çəkisi isə təxminən 70 tondur.

Ölmüş balinanın Neapol limanına çatdırılmasından sonra onun üzərində ekspertizanın aparılması və skeletinin muzeyə verilməsi planlaşdırılır.

5