Meyit

On gün əvvəl itkin düşmüş nazirlik əməkdaşının meyiti meşədən tapılıb

172
(Yenilənib 10:46 04.10.2018)
Ramiz Azaqov bu il sentyabrın 23-də səhər saatlarında Şəki şəhəri "dağ dibi" deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxmış və geri qayıtmamışdı

BAKI, 4 oktyabr — Sputnik. Şəkidə itkin düşən nazirlik əməkdaşının meyiti meşəlik ərazidən ağacdan asılı vəziyyətdə tapılıb.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin əməkdaşı, 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramiz Azaqovun meyiti ötən gün Yevlax rayon ərazisində meşəlik sahədə ağacdan asılı vəziyyətdə aşkarlanıb.

Qeyd edək ki, Ramiz Azaqov bu il sentyabrın 23-də səhər saatlarında Şəki şəhəri "dağ dibi" deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxmış və geri qayıtmamışdı.

Faktla bağlı araşdırma aparılır.

172
Teqlər:
meşə, Dövlət Sosial Müdafiə Fondu, Şəki, cəsəd, meyit
Əlaqədar
Bakıdan rayona gedən şəxs naməlum şəraitdə itkin düşüb
Rusiyada dəhşətli partlayış baş verib, ölənlər, yaralananlar və itkin düşənlər var
Bakıda 16 yaşlı qız gecə vaxtı itkin düşdü
Bakıda lal-kar qadın itkin düşüb
Beş gün əvvəl itkin düşən kişinin meyiti tapıldı