Şəhərdə gəzişən adamlar

Vətəndaşlara 5-6 oktyabr xəbərdarlığı

1329
(Yenilənib 13:52 03.10.2018)
Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi, temperaturun 5-8 dərəcə aşağı enəcəyi gözlənilir

BAKI, 3 oktyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında qktyabrın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Payız, arxiv şəkli
© Sputnik / Yevgeniya Novozhenina

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 18-20, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 4-də hava şəraitininəsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

ETSN vətəndaşlara tibbi-meteoroloji xəbərdarlıq edir: Oktyabrın 5-i səhərdən 6-sı gündüzədək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi, temperaturun 5-8 dərəcə aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

1329
Teqlər:
dərəcə, gündüz, gecə, dəyişkən buludlu, hava şəraiti, Abşeron yarımadası, Bakı
Əlaqədar
Ehtiyatınızı tutun: Bu ay güclü yağışlar olacaq
"Azərsu"dan yağış suları ilə bağlı acizlik etirafı
Şimşək, yağış, külək - Növbəti həftə belə başlayacaq
Avtobus, yoxsa sualtı qayıq - Bakıdakı yağışın fəsadları
Partlayış, arxiv şəkli

Ermənistanın səkkiz "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib-VİDEO

44
(Yenilənib 22:23 30.09.2020)
Müdafiə Nazirliyi: Bu gün axşam saatlarında keçirilən döyüş əməliyyatları nəticəsində düşmənin 8 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Ordusunun bölmələrinin bu gün axşam saatlarında keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin 8 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

44
Tamaşa zalı, arxiv zalı

Şuşa Teatrı öz tamaşalarını Qarabağda səhnələşdirəcək

11
(Yenilənib 21:49 30.09.2020)
Teatr Xadimləri İttifaqı: Teatr ictimaiyyəti olaraq, dünya ictimaiyyətini, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq işinə fəal dəstək verməyə çağırırıq.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri Azər Paşa Nemətov teatr ictimaiyyəti adından erməni işğalçılarının qanlı 27 sentyabr təxribatı və Azərbaycan Ordusunun bütün cəbhəboyu əks hücuma keçməsi ilə əlaqədar bəyanat yayıb.

Sputnik Azərbaycan-a TXİ-dən göndərilən bəyanatda deyilir:

"Erməni işğalçıları növbəti dəfə təxribata əl ataraq sentyabrın 27-də müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutub. Xalqımız tarixən erməni xainliyi, düşmən təxribatı ilə üz-üzə qalsa da, öz qətiyyəti, mübarizliyi sayəsində bu sınaqdan üzüağ, alnıaçıq çıxıb. Erməni faşizminin növbəti təzahürü olan bu təxribat bütün xalqımız kimi Teatr Xadimləri İttifaqını və bütün teatr ictimaiyyətini dərindən hiddətləndirib. Teatr ictimaiyyəti olaraq bəyan edirik ki, Ermənistan silahlı qüvvələrinin insanlığa qarşı yönələn cinayətlərini qəti surətdə lənətləyir, işğalçı qonşularımızın və onların havadarlarının haqq və ədalət qarşısında cavab verəcəklərinə inanırıq. Dünya ictimaiyyətini, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq işinə fəal dəstək verməyə çağırırıq.

Qüdrətli dövlət rəhbəri və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu bir neçə gündür işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı rəşadətlə mübarizə apararaq, əzəli dədə-baba torpaqlarımızın düşmən təcavüzündən azad olunması üçün böyük ruh yüksəkliyi ilə silaha sarılıb.

Ölkəmizin Ali Baş Komandanının xalqa müraciətində dediyi kimi, bu təxribat erməni faşizminin növbəti təzahürüdür. Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biri kimi zaman-zaman düşmən təxribatına layiqli cavab verib, şəhidlərimizin, mülki vətəndaşlarımızın qisası alınıb, onların qanı yerdə qalmayıb. Yenilməz Azərbaycan əsgəri, hərbçi və zabitlərimiz canları və qanları bahasına yeddi kəndimizi, bir sıra strateji yüksəklikləri düşməndən təmizləyib. Bütün beynəlxalq hüquq və normaları tapdalayan faşist mahiyyətli düşmən ordusu cəbhə bölgəsində dinc sakinləri hədəfə alır, mülki obyektlərə zərbələr endirir. Lakin qeyrətli Vətən oğullarımız düşməndən bunun qisasını alır. Ermənistanın məhv olunan canlı qüvvəsi, sıradan çıxarılan hərbi texnikası bunun bariz nümunəsidir.

Müharibə can və qan itkisi, qeyrətli Vətən oğullarının uca şəhadəti deməkdir. Lakin biz canımızı, qanımızı ana yurdumuz üçün, elimiz-obamız üçün fəda etməkdən çəkinmirik. Azərbaycan xalqı öz şəhidlərini qürurla qarşılayır, onları torpağa əmanət edib ruhları qarşısında baş əyir.

Bu şərəfli yolda bütün xalqımız, bütün teatr ictimaiyyəti Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib. Biz qələbə çalacağıq. Bütün Azərbaycan teatrları, eləcə də Şuşa Teatrı öz tamaşalarını Qarabağda səhnələşdirəcək. Əminik ki, Tanrı Şuşaya üçrəngli bayrağımızı sancmağı məhz Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bizə nəsib edəcək. O böyük zəfər günündə hamımız bir yerdə olacağıq. Qələbə Azərbaycan xalqının əbədi haqqıdır!"

11