Зенитно-ракетный комплекс С-300

İsrailin qorxduğu başına gəldi, "S-300"-lər Suriyada - VİDEO

188
(Yenilənib 13:24 03.10.2018)
Rusiya həmçinin, İsrailə cavab vermə hüququnu özündə saxladığını bildirmişdi

BAKI, 3 oktyabr — Sputnik. Rusiya Müdafiə Nazirliyi Suriyada "S-300" zenit-raket komplekslərinin təyyarədən düşürülməsinin kadrlarını əks etdirən görüntüləri yayımlayıb. Sputnik Azərbaycan xəbər verir ki, görüntüləri "Zvezda" telekanalı yayıb. 

Kadrlardan görünür ki, komplekslərin hərbi-nəqliyyat təyyarəsi An-124 "Ruslan" endirilməsi əks olunur. 

Qeyd edək ki, sentyabrın 24-i Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, onun ölkəsi iki həftə ərzində Suriyaya "S-300" raket əleyhinə kompleksləri təqdim edəcək. "Bu komplekslər 250 kilometrdən artıq məsafədə olan hava hücumu vasitəsini tutmaq və eyni zamanda bir neçə hava hədəfini vurmaq qabiliyyətinə malikdir" – deyə Şoyqu vurğulayıb. 

Rusiya müdafiə nazirinin sözlərinə görə, "S-300" Suriya Hava Hücumundan Müdafiə qüvvələrinin imkanlarını artıracaq. Şoyqu xatırladıb ki, Rusiya 2013-cü ildə Dəməşqə "S-300" komplekslərinin çatdırılmasını dayandırsa da, vəziyyət artıq dəyişib və bu, Moskvanın günahı üzündən baş verməyib.

Xatırladaq ki, Suriyanın Xmeymim əyalətində yerləşən Rusiya hərbi bazasının komandanlığı sentyabrın 18-i 00:00 radələrində Hava-Kosmik Qüvvələrinin "İl-20" təyyarəsi ilə əlaqəni itirib. Ekipajla əlaqə Aralıq dənizində, Suriya sahillərindən 35 kilometr aralıda itib.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, "İl-20" təyyarəsi İsrailə məxsus 4 ədəd "F-16" qırıcısının Suriyanın Latakiya bölgəsində uçuşlar həyata keçirdiyi zaman yoxa çıxıb.

Rəsmi Moskva hadisənin İsrailin məsuliyyətsiz davranışı və təhlükəli vəziyyət yaratması ucbatından baş verdiyini bəyan edir. İsrail tərəfi isə təyyarənin Suriyaya məxsus raket tərəfindən vurulduğunu iddia edir. Hadisə Moskva ilə Təl-Əviv arasında diplomatik gərginlik yaradıb.

Rusiya həmçinin, İsrailə cavab vermə hüququnu özündə saxladığını bildirmişdi.

188
Teqlər:
An-124, "S-300" zenit-raket kompleksləri, Rusiya Müdafiə Nazirliyi, Suriya
Əlaqədar
S-300-lər İrana göndəriləcək
Vəziyyət dəyişir: Suriyaya “S-300” raket komplekslərinin tədarükü başlayıb
İran Rusiyadan aldığı “S-300” komplekslərini nümayiş etdirib
Rusiya İrana S-300 raketi göndərdi
Ağ Ev Rusiyanın İrana S-300 raketləri satmasından narahatdır