İndoneziyada zəlzələnin fəsadları, 29 sentyabr 2018-ci il

Müsəlman ölkəsində yaşanan fəlakətin qurbanlarının sayı 1400-ə çatıb

31
(Yenilənib 12:56 03.10.2018)
Zəlzələ nəticəsində 3 min ev, eləcə də hotellər, xəstəxanalar, ticarət mərkəzləri dağılıb

BAKI, 3 oktyabr — Sputnik. İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində həlak olanların sayı 1400 nəfərə yaxınlaşır. Sputnik Azərbaycan bu barədə Rusiya KİV-nə istinadən xəbər verir. 

Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarənin rəhbəri Villem Rampanqiley jurnalistlərə açıqlamasında  bildirib ki, hazırda 1374 nəfərin öldüyü, 113-nün isə itkin düşdüyü məlumdur. 

Qeyd olunur ki, təbii fəlakət nəticəsində ölənlərin sayı arta bilər. Belə ki, hazırda xilasedicilər hələ zəlzələnin episentrinə yaxın Dunqala yaşayış məntəqəsinə çata bilməyiblər.

Xatırladaq ki, 7,7 bal gücündə olan zəlzələ sentyabrın 28-də baş verib. Zəlzələ nəticəsində 3 min ev, eləcə də hotellər, xəstəxanalar, ticarət mərkəzləri dağılıb. Təkanlardan sonra ada 2 metrlik sunaminin altında qalıb. 

31
Teqlər:
Dunqala, xilasedicilər, Sulavesi adası, zəlzələ, İndoneziya
Əlaqədar
Fəlakət qurbanlarının sayı artır: Daha 34 uşağın cəsədi tapıldı
Müsəlman ölkəsində fəlakət yaşanır, ölənlərin sayı 1200 nəfəri keçib
Təbii fəlakət 2 rayonumuzu vurdu, 9 kənddə həyat iflic olub
Müsəlman ölkəsində böyük fəlakət yaşanır, ölənlərin sayı 142 nəfəri keçib
Təbii fəlakət ölkəni vurdu – 106 ölü, 100-dən çox yaralı