Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri

Xidmət başında olan nazirlik əməkdaşları güllələnib

1169
(Yenilənib 10:08 03.10.2018)
Faktla bağlı təhqiqat aparılır

BAKI, 3 oktyabr — Sputnik. Qızılağac Milli Parkının ərazisinə icazəsiz daxil olan və ova cəhd edən şəxs xidməti vəzifələrini yerinə yetirən parkın əməkdaşlarına atəş açaraq hadisə yerindən qaçıb. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, hadisə 1 oktyabr 2018-ci il tarixində, gecə saatlarında baş verib. Belə ki, Milli Parkın mühafizə yegerləri icazəsiz əraziyə daxil olmuş şəxsin saxlanılması məqsədilə reyd keçirərkən, onların qanuni tələblərinə tabe olmayan mühafizə yegerləri Arif Cəfərov və Böyükişi Qaraşova bilərəkdən ov tüfəngindən atəş açıb və onları yaralayıb.

Yegerlər xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib. Faktla bağlı rayon polis şöbəsinə məlumat verilib.

Aparılan araşdırmalar nəticəsində mühafizə yegerlərini yaralayaraq hadisə yerindən qaçmış brakonyerin Masallı rayonunun Köçəkli kənd sakini İlqar Səmədov olduğu müəyyən edilib və o, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı təhqiqat aparılır.

1169
Teqlər:
tibbi yardım, brakonyer, mühafizə yegerləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qızılağac Milli Parkı
Əlaqədar
Xəzərə "divan tutan" brakonyer saxlanılıb
Şirvan Milli Parkında olay: Brakonyer müfəttişi güllələyib qaçdı
Üç güllə ilə qətlə yetirilən azərbaycanlı qadının öldürülməsinin təfərrüatı
Keçmiş baş nazirin oğlu evində ölü tapıldı: onu güllə ilə vurublar