Əli Həsənov

Əli Həsənov: "Murtuz Ələsgərov Xalq Hərəkatının generallarından biri olub"

101
(Yenilənib 14:13 02.10.2018)
Prezidentin köməkçisi: "Murtuz Ələsgərovun orada təmsil olunması Xalq Hərəkatına məzmun və forma verdi"

BAKI, 2 oktyabr — Sputnik. "Murtuz Ələsgərov Azərbaycan Xalq Hərəkatının generallarından biri olub. Bu sözü deməyə çəkinmirəm, Xalq Hərəkatında general yox idi. Murtuz Ələsgərovun orada təmsil olunması xalq hərəkatına məzmun və forma verdi".

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunu Bakı Dövlət Universitetində (BDU) ictimai-siyasi xadim Murtuz Ələsgərovun 90 illiyinə həsr edilən beynəlxalq elmi konfransda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənovun sözlərinə görə, M.Ələsgərov kortəbii formada olan Xalq Hərəkatının sonrakı dövrdə mütəşəkkilləşməsinə dəstək verib: "Heydər Əliyevin hakimiyyətə gəlişinin qarşısının alınmasına hesablanmış yaş senzi məsələsi ortaya atılmışdı. Həmin məsələ ilə bağlı xeyli deputat etiraz etmişdi".

"Onlar arasında Arif Rəhimzadə, Eldar İbrahimov var idi. Onlar parlamentdə müzakirə olunan ədalətsiz qərara qarşı mübarizə aparırdılar. İctimai dəstəyi isə Murtuz Ələsgərov verirdi. Həmin dövrdə Murtuz Ələsgərov ictimai-siyasi xadim kimi mövqeyini ortaya qoydu. Ona fiziki xəsarət də yetirmişdilər" — Prezidentin köməkçisi vurğulayıb.

101
Teqlər:
general, xalq hərəkatı, Azərbaycan, Murtuz Ələsgərov

Gəncədə oğul 85 yaşlı anasını döyərək xəstəxanalıq etdi

1
Gəncə şəhər sakini, 1935-ci il təvəllüdlü Güləndam Köçəriyeva müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 

BAKI, 3 iyun — Sputnik. Gəncədə oğul 85 yaşlı anasını döyərək ona xəsarət yetirib. 

"Report"un məlumatına görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. 

Gəncə şəhər sakini, 1935-ci il təvəllüdlü Güləndam Köçəriyeva müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 

Yaxınlarının bildirdiyinə görə, qadını içki aludəçisi olan oğlu döyüb. Həkimlər G.Köçəriyevanın vəziyyətini kafi kimi qiymətləndirirlər.

Hadisənin səbəbi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdamdakı “N” saylı hərbi hissədə. Arxiv şəkli

Prezident Ağdamda “N” saylı hərbi hissədə olub

2
(Yenilənib 16:55 03.06.2020)
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdam ərazisində yerləşən “N” saylı hərbi hissədə də olub.

BAKI, 3 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub

İyunun 3-də Tərtər rayonunda Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.

Prezident İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında da iştirak edib.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında

Dövlət başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdam ərazisində yerləşən “N” saylı hərbi hissədə də olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev hərbi hissədəki şəraitlə tanış olub.

2