Dumanlı hava

Əhaliyə hava xəbərdarlığı edilir

505
(Yenilənib 13:04 02.10.2018)
Sabahın hava proqnozu açıqlanıb

BAKI, 2 oktyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Payız, arxiv şəkli
© Sputnik / Yevgeniya Novozhenina

Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-19, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz Böyük və Kiçik Qafqazın bəzi yerlərində yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 3-4-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

505
Teqlər:
temperatur, yağış, yağmursuz, hava şəraiti, Abşeron yarımadası, Bakı
Əlaqədar
"Azərsu"dan yağış suları ilə bağlı acizlik etirafı
Avtobus, yoxsa sualtı qayıq - Bakıdakı yağışın fəsadları
Yağış bu gün Bakıda baş verən yeganə təbiət hadisəsi deyil - VİDEO
Neft

Azərbaycan nefti 45 dollara satılır

0
(Yenilənib 12:49 04.08.2020)
"Brent" markalı neftin qiyməti 0,41 dollar ucuzlaşaraq 43,74 dollar, "Light" markalı neftin qiyməti isə 0,36 dollar azalaraq 40,65 dollar təşkil edib.

BAKI, 4 avqust — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,03 dollar artaraq 45,39 dollar olub.

"Brent" markalı neftin qiyməti 0,41 dollar ucuzlaşaraq 43,74 dollar, "Light" markalı neftin qiyməti isə 0,36 dollar azalaraq 40,65 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0
Afina

Afinadan geriyə doğru addım! Yunanıstan Türkiyə ilə dialoqa hazırdır

4
(Yenilənib 12:33 04.08.2020)
Afinada baş tutan görüşdə tərəflərin Aralıq dənizindəki son vəziyyəti, Liviya böhranı və qaçqın məsələsini də nəzərdən keçirdikləri bildirilir.

BAKI, 4 avqust — Sputnik. Türkiyə ilə dialoqa hazırıq.

Sputnik Türkiyə xəbər verir ki, bunu Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias Almaniyanın Şimal Ren-Vestfalya vilayətinin rəhbəri Armin Laşetlə həyata keçirdiyi görüşlərin yekunlarına dair keçirilən görüşdə bildirib.

Türkiyə ilə yaşanan gərginliyə toxunan Dendias qeyd edib ki, iki ölkə arasında tək anlaşılmazlıq qitə ərazisi və xüsusi iqtisadi zona ilə bağlıdır: "Türkiyə ilə dialoqa açığıq, lakin təhdid altında deyilik".

Bundan əlavə, Afinada baş tutan görüşdə tərəflərin Aralıq dənizindəki son vəziyyəti, Liviya böhranı və qaçqın məsələsini də nəzərdən keçirdikləri bildirilir.

4