В Баку пассажирский автобус столкнулся с поездом

Bakıda sərnişin avtobusu qatarla toqquşub, ölən yaralılar var

433
(Yenilənib 16:06 01.10.2018)
Toqquşma nəticəsində, ümumilikdə, 20 nəfər xəsarət alıb

BAKI, 1 oktyabr — Sputnik. Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində qatar 160 saylı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə toqquşub. Sputnik Azərbaycan xəbər verir ki, toqquşma nəticəsində, ümumilikdə, 20 nəfər xəsarət alıb. Onlardan 10-u kişi, 7-si qadın, 3-ü uşaqdır.

Yaralılardan 22 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb, onlardan biri yolda ölüb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova "Report"a bildirib ki, xəstəxanaya aparılan yaralılardan biri — 13 yaşlı məktəbli yolda dünyasını dəyişib.

Nazirlik rəsmisi əlavə edib ki, hadisə yerinə 10 həkim briqadası göndərilib.

433
Teqlər:
qatar, avtobus, Bakı, qəza
Əlaqədar
Sumqayıtda ağır qəza olub, çoxlu sayda ölənlər və yaralananlar var
Bərdədə ağır qəza oldu, sürücü öldü
Bakıda dəhşətli qəza: Eyni anda 4 nəfər öldü
Paytaxtda ağır qəza oldu, orta yaşlı piyada vuruldu - VİDEO
Sumqayıtda ağır qəza: Avtobus "Kamaz"la toqquşub, çoxlu yaralı var
Yevlaxda dəhşətli qəza: Piyadanı dalbadal 2 maşın vurdu