Daxili işlər orqanları tərəfindən 52 nəfər saxlanılıb

© Sputnik / Anar MustafayevМужчина в наручниках, фото из архива
Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

BAKI, 1 oktyabr — Sputnik. 2018-ci il sentyabr ayının 29-dan oktyabrın 1-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 187 cinayət faktı qeydə alınıb, onların da 31-i "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyatıi üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb. 

Xəbər lenti
0