Xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb

Yəhudilər Azərbaycana təşəkkür etdilər

65
(Yenilənib 20:07 28.09.2018)
Ayrı-ayrı millətlərin və dinlərin nümayəndələrinin əsrlər boyu Azərbaycanda sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıb

BAKI, 28 sentyabr — Sputnik. 27 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində nazir Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, komitə nümayəndələri Azərbaycanda mövcud olan tolerantlıq ənənələrini vurğulayaraq bu xüsusda, Azərbaycan hökuməti tərəfindən yəhudi icmasına göstərilmiş dəstək və qayğıya görə təşəkkürlərini ifadə ediblər.

E.Məmmədyarov tolerantlıq və multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu qeyd edərək, ayrı-ayrı millətlərin və dinlərin nümayəndələrinin əsrlər boyu Azərbaycanda sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığını bildirib. Nazir Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun beynəlxalq səviyyədə təşviq olunmasına verdiyi töhfəni vurğulayaraq, bu xüsusda ölkəmizdə təşkil olunan çoxsaylı beynəlxalq tədbirlər barədə qarşı tərəfə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

65
Kanal, arxiv şəkli

Göyçayda məktəbli kanalda boğuldu

0
İsmayılın meyidinin tapılaraq sudan çıxarılması üçün əraziyə FHN-in Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunublar

BAKI, 31 may - Sputnik. Göyçay rayonunda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 19 radələrində Yuxarı Şirvan kanalının İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Aşağı Qaraməryəm kənd sakini, 2004-cü il təvəllüdlü Cəbiyev İsmayıl Mehrah oğlu Yuxarı Şirvan kanalında çimərkən ehtiyatsızlıq edib və qəflətən suda boğulub. Yaxınlıqdakı insanlar onun həyatını xilas edə bilməyiblər.

İsmayılın meyidinin tapılaraq sudan çıxarılması üçün əraziyə FHN-in Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunublar.

0
Əlaqədar
Azərbaycanda 5 yaşlı uşaq iynə vurulandan sonra ölüb
Şamaxıda dəhşətli faciə: Uşaqlarının gözü qarşısında boğulub öldü
Qusarda ikinci sinif şagirdini külək öldürüb?
Masallıda uşaq qəbiristanlıqda faciəli şəkildə öldü
İmişlidə yeniyetmə bədbəxt hadisənin qurbanı oldu
Qurcana çayı tullantılardan təmizlənib

Azərbaycanda şəhərin zibili çayı görünməz etdi - FOTO

2
(Yenilənib 19:16 31.05.2020)
Nazirliyin əməkdaşlarının nəzarəti ilə Şəki Mənzil-Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən çay tullantılardan təmizlənib.

BAKI, 31 may — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şəki şəhərindəki Qurcana çayının tullantılarla çirkləndirilməsi ilə bağlı daxil olan şikayət regional ekologiya idarəsinin əməkdaşları tərəfindən araşdırılıb. Sputnik Azərbaycan nazirliyin məlumatına istinadla xəbər verir ki, araşdırma zamanı Qurcana çayının tullantılarla çirkləndirilməsi faktı təsdiqini tapıb. Faktla bağlı akt tərtib olunub.

© AR Ministry of Ecology and Natural Resources.
Qurcana çayı tullantılardan təmizlənib

Nazirliyin əməkdaşlarının nəzarəti ilə Şəki Mənzil-Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən çay tullantılardan təmizlənib.

2
Əlaqədar
Zibilin apardığı pullar - iki min beş yüz manatı getdi
Salam, dəniz. Ötən il sağollaşdığımız kimisən: çirkli, hirsli...
Dünyada ilk dəfə Türkiyədə suda koronavirus olması araşdırılır
Bura təbiətin geri dönüş nöqtəsidir - Hər şeydən xeyir alındığı yer
Sumqayıtın yeni bəlası: inkişaf etdikcə ekoloji problem yaranır