Qarabağ kanalında torpaq uçqunu

Qarabağ bölgəsində təhlükəli vəziyyət yaranıb, sakinlər təxliyə olunub

10431
(Yenilənib 16:54 28.09.2018)
Ərazidə təhlükəsizlik tədbirləri ilə yanaşı, bərpa işləri də aparılır

BAKI, 28 sentyabr — Sputnik. Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində sızma baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Bəcirəvan kəndi ərazisində qeydə alınıb.

Qarabağ kanalından sızan su torpaq uçqunu yaradıb. Su torpaq kanaldan ayrılaraq kiçik drenaj kanalına tökülüb.

Qarabağ kanalında torpaq uçqunu
© Sputnik / Musa Muradlı
Qarabağ kanalında torpaq uçqunu

Yaşayış məntəqəsi və əkin sahələri subasma təhlükəsilə üzləşdiyindən aidiyyatı dövlət orqanları tədbirlərə başlayıb. Əraziyə Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin və rayon Polis Şöbəsinin əməkdaşları cəlb ediliblər. Ərazinin yaxınlığında yaşayan sakinlər təxliyə olunublar.

Uçqun baş verən ərazidə təmir-bərpa işləri aparılır
© Sputnik / Musa Muradlı
Uçqun baş verən ərazidə təmir-bərpa işləri aparılır

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin Yuxarı Qarabağ kanalının İstismar İdarəsi tərəfindən təmir-bərpa işlərinə başlanılıb. Texnika və işçi qüvvəsi cəlb edilərək bənd bərkitmə işləri aparılır.

Yuxarı Qarabağ Kanalının İstismarı İdarəsinin rəisi Şakir İmanovun verdiyi məlumata görə, hadisə kanalın 83 km-liyində baş verib. O bildirib ki, kanalın aşağı hissəsindən kəhriz keçdiyindən torpaq kanalda yuyulma baş verib. Nəticədə su sızmasi baş verib.

Ərazidə təhlükəsizlik tədbirləri ilə yanaşı, bərpa işləri də aparılır.

10431
Teqlər:
"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti, sızma, Yuxarı Qarabağ Kanalı, Bərdə, Qarabağ kanalı, Fövqəladə Hallar Nazirliyi
Əlaqədar
Bərdə sakini öz cinayət ortağına rəfiqəsinin pullarının yerini deyib
Bərdə sakini "raykom hədiyyəsi"ni - ata yadigarını satmamaqda israrlıdır
Yevlax-Bərdə yolunda zəncirvari avtomobil qəzası baş verib, yaralılar var
Bərdə yenə silkələndi
700 ilə yaxın yaşı olan Bərdə türbəsinin bərpası başa çatmaq üzrədir