Yeni şəxsiyyət vəsiqələrinin maraqlı cəhətləri açıqlandı

© Sputnik / Anar MustafayevУдостоверение личности гражданина Азербайджанской Республики
Удостоверение личности гражданина Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Şəxsiyyət vəsiqəsinin çipində göstərilən məlumatların oxunması üçün nəzərdə tutulmuş xüsusi fayllar istehsalçı şirkət tərəfindən təqdim olunub

BAKI, 28 sentyabr — Sputnik. Yeni nəsil şəxsiyyət vəsiqəsinin elektron daşıyıçısında (çipində) yerləşdirilən müəyyən məlumatların oxunması mümkündür. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Azərbaycan Respublikası vətəndaşının pasportu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ümumvətəndaş pasportları ilə bağlı bütün suallara aydınlıq gətirildi - Rəsmi izah

Bildirilib ki, bu il sentyabrın 1-dən ölkədə yeni nəsil elektron şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılıb. Qanunvericiliyə əsasən, həmin sənəd sahibinin yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi barədə dəyişə bilən məlumatlar elektron daşıyıcıda (çipdə) yerləşdirilir.

Məlumatda qeyd edilib ki, şəxsiyyət vəsiqəsinin çipində göstərilən məlumatların oxunması üçün nəzərdə tutulmuş xüsusi fayllar istehsalçı şirkət tərəfindən təqdim olunub.

Həmin faylları Daxili İşlər NazirliyininBaş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəsmi internet saytlarında yerləşdirilmiş BUDİGƏR linklərdən yükləyərək istifadəçi təşkilatın (fiziki və hüquqi şəxsin) istifadə etdiyi proqram təminatına inteqrasiya etməklə vəsiqə sahibi barədə məlumatları xüsusi qurğu (çip rider) vasitəsilə oxumaq və zərurət olduqda eksport etmək mümkündür.

Xəbər lenti
0