C-300

Rusiya Suriyada İsraili necə "cilovladı" Detallar açıqlandı

12562
(Yenilənib 12:22 28.09.2018)
Levi hesab edir ki, yalnız cəza və sərt reaksiya İsraili ədalətli davranmağa məcbur edir

BAKI, 28 sentyabr — Sputnik. "Rusiya Suriyaya "S-300" zenit raket komplekslərini çatdırmaqla son illər "nəzarətdən çıxan" və digər ölkələri bombalayan İsraili "cilovla"ya bildi". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İsrailin "Haaretz" nəşrində dərc olunan məqalədə bildirilir. 

Məqalənin müəllifi Gideon Levinin fikrincə, uzun müddət ərzində ilk dəfə böyük bir güc İsrailə aydın şəkildə göstərdi ki, onun təsiri sərhədsiz deyil və ABŞ həmişə onu qoruya bilməz. 

Levinin fikrincə, İsrailə bu cür məhdudiyyətlər hava kimi lazımdır, çünki son zamanlar "lovğalıq" və "dünyada geosiyasi vəziyyət" yəhudi dövlətinə "nəzarətdən çıxmağa" və maneəsiz Suriyanı bombalamağa imkan verib.

Onun sözlərinə görə, Moskvanın "İl-20" ilə bağlı insident vəziyyətinə münasibəti İsraildə narahatlıqla qarşılanıb. Məqalənin müəllifi qeyd edib ki, Suriyada "S-300" zenit-raket komplekslərinin yerləşdirilməsinin "boş iş" adlandıran İsrail məmurlarının səsi indi kifayət qədər aşağı düşüb.

"Rusiya İsrailin anladığı dillə danışaraq, bunun necə olmasını bütün dünyaya göstərdi", — deyə jurnalist yazıb.

Levi hesab edir ki, yalnız cəza və sərt reaksiya İsraili ədalətli davranmağa məcbur edir. Bundan sonra İsrail Hərbi Hava Qüvvələri növbəti bombardmanı həyatı keçirməzdən əvvəl yaxşı-yaxşı düşünməlidir.

Qeyd edək ki, sentyabrın 24-i Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, onun ölkəsi iki həftə ərzində Suriyaya "S-300" raket əleyhinə kompleksləri təqdim edəcək. "Bu komplekslər 250 kilometrdən artıq məsafədə olan hava hücumu vasitəsini tutmaq və eyni zamanda bir neçə hava hədəfini vurmaq qabiliyyətinə malikdir" – deyə Şoyqu vurğulayıb.

Сергей Шойгу. Архивное фото
© Sputnik / Yevgeny Biyatov

Rusiya müdafiə nazirinin sözlərinə görə, "S-300" Suriya Hava Hücumundan Müdafiə qüvvələrinin imkanlarını artıracaq. Şoyqu xatırladıb ki, Rusiya 2013-cü ildə Dəməşqə "S-300" komplekslərinin çatdırılmasını dayandırmışdı, lakin vəziyyət artıq dəyişib və bu, Moskvanın günahı üzündən baş verməyib.

Xatırladaq ki, Suriyanın Xmeymim əyalətində yerləşən Rusiya hərbi bazasının komandanlığı sentyabrın 18-i 00:00 radələrində Hava-Kosmik Qüvvələrinin "İl-20" təyyarəsi ilə əlaqəni itirib. Ekipajla əlaqə Aralıq dənizində, Suriya sahillərindən 35 kilometr aralıda itib.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, "İl-20" təyyarəsi İsrailə məxsus 4 ədəd "F-16" qırıcısının Suriyanın Latakiya bölgəsində uçuşlar həyata keçirdiyi zaman yoxa çıxıb.

Rəsmi Moskva hadisənin İsrailin məsuliyyətsiz davranışı və təhlükəli vəziyyət yaratması ucbatından baş verdiyini bəyan edir. İsrail tərəfi isə təyyarənin Suriyaya məxsus raket tərəfindən vurulduğunu iddia edir. Hadisə Moskva ilə Təl-Əviv arasında diplomatik gərginlik yaradıb.

Rusiya həmçinin, İsrailə cavab vermə hüququnu özündə saxladığını bildirmişdi.

12562
Teqlər:
Müdafiə naziri ordu generalı Sergey Şoyqu, İsrail, Suriya, Rusiya
Əlaqədar
Suriyada yoxa çıxmış Rusiya kəşfiyyat təyyarəsinin axtarışları nəticə vermir
Suriyada vəziyyət gərginləşir, Rusiya və ABŞ döyüş hazırlığı vəziyyəti aldılar
Rusiya müdafiə nazirdən Azərbaycana təklif: Suriyada dinc həyatı birgə təmin edək
Suriyada qəzaya uğrayan Rusiya təyyarəsi barədə yeni məlumat var
Rusiya Suriyada "Su-25" təyyarəsinin vurulduğunu təsdiqləyib, pilot ölüb
Rusiya: ABŞ və İŞİD Suriyada razılığa gəlib