İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşündə iştirak edib

Düşənbədə MDB ölkə başçılarının iclası başlayıb

22
(Yenilənib 15:32 28.09.2018)
İclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir

BAKI, 28 sentyabr — Sputnik. Tacikistan paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası başlayıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, qonaqları Tacikistan prezidenti Emomali Rahmon qarşılayıb.

MDB dövlət başçıları ilk öncə məhdud formatda görüş keçirirlər. Məlumata əsasən, liderlər ilk öncə MDB çərçivəsində qarşılıqlı fəaliyyət haqqında fikir mübadiləsi aparacaq, həmçinin MDB-də sədrlik, Dövlət Başçıları Şurasının növbəti iclasının keçirilmə yeri və tarixi məsələlərini müzakirə edəcəklər.

Geniş tərkibdə iclas zamanı təşkilatın fəaliyyətinə dair bir sıra kompleks məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, iclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

22
Teqlər:
Emomali Rahmon, Müstəqil Dövlətlər Birliyi, Tacikistan
Əlaqədar
MDB məkanının daha bir ölkəsində etirazlar başladı
MDB müşahidə missiyası: Seçkilər yüksək səviyyədə təşkil olundu
MDB PA müşahidə missiyasının rəhbəri seçki prosesinə münasibətini açıqladı
MDB-nin ən xoşbəxt ölkəsi müəyyən olundu: Bu...
MDB məkanında radioyayımın vəziyyəti müzakirə ediləcək