CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan cüdoçuları bürünc medal uğrunda mübarizə aparacaq

© Photo : REPORT / Firi SalimCüdo üzrə dünya çempionatının birinci günü. Bakı, Milli Gimnastika Arenası, 20 sentyabr 2018-ci il
Cüdo üzrə dünya çempionatının birinci günü. Bakı, Milli Gimnastika Arenası, 20 sentyabr 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Bununla da Azərbaycan komandası bürünc medal görüşünə vəsiqə qazanıb

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycanın cüdo komandası dünya çempionatında yaponlara məğlub olandan sonra Hollandiya komandası ilə təsəlliedici yarışa çıxıb. Bu yarışda komandamızın idmançıları yaxşı çıxış edib. Sputnik Azərbaycan xəbər verir ki, görüş Azərbaycan cüdoçularının qələbəsi ilə başa çatıb.

Görüşdə hesab 4:2 olub. Belə ki, komandamızın  qadın cüdoçularından İçinxorlu Munxtsedev (57 kq) və İrina Kindzeska (+70 kq) görüşlərini qələbə ilə başa vurublar. Günel Həsənli (70 kq) isə Hollandiyalı cüdoçuya məğlub olub.

Kişilərdən Məmmədəli Mehdiyev (90 kq) və Hidayət Heydərov (73kq) da rəqibini üstələməyi bacarıb. Uşangi Kokauri (+90 kq) isə rəqibinə məğlub olub.

Bununla da Azərbaycan komandası bürünc medal görüşünə vəsiqə qazanıb.

Xəbər lenti
0