ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

ABŞ Türkiyəyə qarşı sanksiyaların əsl səbəbini açıqlayıb

680
(Yenilənib 13:27 27.09.2018)
ABŞ-ın son aylarda Türkiyəyə qarşı başlatdığı iqtisadi hücumla bağlı Ağ Evdən ilk dəfə etiraf kimi açıqlama gəlib

BAKI, 27 sentyabr — Sputnik. ABŞ-ın son aylarda Türkiyəyə qarşı başlatdığı iqtisadi hücumla bağlı Ağ Evdən ilk dəfə etiraf kimi açıqlama gəlib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Ağ Ev-in adı açıqlanmayan yüksək səviyyəli rəsmisi Türkiyə və Çinə tətbiq edilən sanksiyaların əsas səbəbinin Rusiyadan alınacaq olan S-400-lər olduğunu deyib. Eyni zamanda NATO üzvü olan Türkiyənin Rusiya və Çinə yaxınlaşmasını səbəb kimi göstərib.

Yüksək səviyyəli səlahiyyətli əsl hədəflərinin Rusiya olduğunu, bunun üçün də Çin və Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etdiklərini etiraf edib.

Ağ Ev rəsmisi Türkiyəni nəzərdə tutaraq bildirib ki, Çinə qarşı atdığımız addım Rusiyanın müdafiə və kəşfiyyat sektorları ilə əlaqəyə girməyə çalışan digər ölkələrə də ciddi bir siqnal verdiyimizi göstərir.

Etiraf xarakterli açıqlama ilə Türkiyədəki iqtisadi təcavüzün arxasında ABŞ-ın olduğu istiqamətindəki məlumatlar gerçəklik qazanmış olub.

680
Teqlər:
Ağ Ev, sanksiya, Türkiyə, ABŞ
Əlaqədar
Türkiyə ilə ABŞ-ı düşmənçilik həddinə çatdıran din xadimi azadlığa çıxa bilər
ABŞ - Türkiyə böhranına səbəb olan rahibdən gözlənilməz addım
ABŞ-Türkiyə münasibətləri normallaşacaqmı - politoloq şərhi
Almaniyadan gözlənilməz Türkiyə çağırışı: ABŞ-a qarşı müqavimət göstərək
Türkiyə-ABŞ ticarət müharibəsi: Qalib bəllidir
Kino lenti, arxiv şəkli

"Kinematoqrafiya uğurlarına görə" beynəlxalq mükafatına kim layiq görüldü?

13
(Yenilənib 23:58 01.12.2020)
Festival zamanı dünyanın hər bir ölkəsindən olan kino mütəxəssisləri öz filmlərini nümayiş etdirir, sərgilərdə, treninqlərdə, seminarlarda iştirak edirlər.

BAKI, 1 dekabr — Sputnik. "Narimanfilm" kinostudiyasının direktoru, Azərbaycan Respublikası Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədov 2020-ci il noyabrın 27-də 13-cü Global Film Festival Noida və "MARWAН STUDIOS" (Hindistan) tərəfindən kinematoqrafiyanın irəliləyişi işində göstərdiyi əməyinə görə "Kinematoqrafiya uğurlarına görə" beynəlxalq mükafatı ilə təltif olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, 13-cü Global Film Festival Noida 2020-ci il noyabr ayının 26-28 tarixlərində Hindistanda, Noida şəhərində yerləşən "MARWAН STUDIOS"-da keçirilmişdir. Bu, tələbələr, entuziastlar və kino professionalları daxil olmaqla, bütün dünya kinematoqrafiya cəmiyyəti ilə birlikdə kinonun gücünü tərənnüm edən ən böyük və tanınmış festivallardan biridir. Festival zamanı dünyanın hər bir ölkəsindən olan kino mütəxəssisləri öz filmlərini nümayiş etdirir, sərgilərdə, treninqlərdə, seminarlarda iştirak edirlər. Festivalın prezidenti məşhur Hindistan rejissoru, prodüseri, jurnalisti, həmçinin, Asiya Kino və Televiziyası Akademiyasının təsisçisi və prezidenti cənab Sandip Marvadır.

13
Teqlər:
tələbələr, rejissor, Hindistan, prodüser, mükafat
Quşlar

Quş qripi ilə bağlı epizootoloji monitorinqlər keçirilib

7
(Yenilənib 23:48 01.12.2020)
Monitorinqlər zamanı çöl quşlarından götürülmüş patoloji materiallar və ev quşlarından alınan diaqnostik nümunələr AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunub.

BAKI, 1 dekabr — Sputnik. Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə mövsümü epizootoloji monitorinqlərə başlanılıb. İlk monitorinq 2-6 noyabr 2020-ci il tarixlərində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların əməkdaşlarının iştirakı ilə keçirilib. Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, çöl quşları arasında monitorinqlər Abşeron yarmadasını, Şirvan Milli Parklarının ərazisini, Ağzıbir ovçuluq təsərrüfatını və Qızılağac Milli Parkı ilə yanaşı, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarını əhatə edib. Eyni zamanda, Bakı şəhərindəki, Abşeron, Şabran, Salyan və Lənkəran rayonlarındakı ailə təsərrüfatlarında müxtəlif növ quşdan, o cümlədən Bakı və Sumqayıt şəhərlərindəki, Abşeron, Salyan, Neftçala, Sabirabad, Lənkəran, Cəlilabad, Xızı və Siyəzən rayonlarında yerləşən sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisələrində ev quşundan diaqnostik materiallar götürülərək laboratoriya müayinələrinə cəlb edilib.

Monitorinqlər zamanı çöl quşlarından götürülmüş patoloji materiallar və ev quşlarından alınan diaqnostik nümunələr AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunub. Müayinə zamanı yüksək patogen quş qripi xəstəliyinin törədicisi aşkar edilməyib.

Qeyd edək ki, keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən quşlara və ya quş cəsədinə rast gəlinməyib.

7