BAKI, 27 sentyabr — Sputnik. Qəbələ rayonunun Nic qəsəbəsində ümumi sahəsi 108 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 6 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Tovuz rayonunun Hacıalılı kəndində də yanğın baş verib. Ümumi sahəsi 50 m2 olan talvarın yanar konstruksiyaları 40 m2 sahədə və altına yığılmış 6 ton ot bağlamasının 2 tonu yanıb. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Daha bir yanğın Beyləqan rayonunun Xocavənd qəsəbəsində qeydə alınıb. Ümumi sahəsi 48 m2 olan talvarın yanar konstruksiyaları və altına yığılmış 11 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
BAKI, 20 yanvar - Sputnik. Koronavirus infeksiyasına qarşı peyvəndlərdən hələlik heç bir ölüm halı qeydə alınmayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariancela Simao deyib.
"Əlimizdə bazarda geniş istifadə olunan peyvənd var. Bu, Pfizer-dir. Və hələlik hazırda istifadə olunan vaksinlərdən heç bir ölüm halının şahidi olmamışıq, - o bildirib.
ÜST nümayəndəsinin sözlərinə görə, bir neçə yan təsirlər qeydə alınıb, məsələn, anafilaktik şok kimi. Bəzi peyvənd olunmuş şəxslərdə isə ciddi allergiyalara meyllilik var. Belə hallarda mütləq tibb müəssisələrində nəzarət altında peyvənd vurdurmaq lazımdır, mütəxəssis söyləyib.
Simao əlavə edib ki, ÜST vaksinlərin istənilən ciddi yan təsirini izləyir və öz tövsiyələrini yeniləyir. Hazırda koronavirus əleyhinə daha 12 preparatı təşkilatın ekspertləri qiymətləndirməlidirlər.
BAKI, 20 yanvar — Sputnik. Amerikanın Kaliforniya ştatında koronavirusun yeni ştammı aşkarlanıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, virusun yeni forması CAL.20C "Britaniya" ştammının axtarışı zamanı müəyyən edilib.
Alınan biomateriallarda mutasiyaya uğramış koronavirus aşkar edilib. Mütəxəssislər virusun yeni variantının keçən ilin yayında ortaya çıxdığını, ancaq özünü payızda göstərdiyini düşünürlər. Hazırda CAL.20C geniş yayılıb.
Məlumata görə, mutasiyaya uğramış koronavirus yanvarın 13-də Los-Ancelesdəki bir laboratoriyada nümunələrin yarısından çoxunda müəyyən edilib.
"Ştamm həqiqətən burada meydana gəlib və onun tətil dövründə ortaya çıxmağa və yayılmağa imkanı olub", - deyə Cedars-Sinai Tibb Mərkəzinin əməkdaşlarından biri bildirib.
Yeni ştammın təhlükə dərəcəsi barədə hazırda məlumat yoxdur. Bununla yanaşı, elm adamları yeni mutasiyanın nə qədər tez ötürüldüyünü təyin etməlidirlər.
ABŞ-da koronavirus qurbanlarının sayı 400 min nəfəri keçib. Milad bayramından sonra ölümlərin sayı da kəskin şəkildə çoxalıb.