Google Chrome brauzeri

İnternet istifadəçiləri böyük təhlükədə: Artıq heç əvvəlki kimi olmayacaq

538
(Yenilənib 00:46 27.09.2018)
Qrinin sözlərinə görə, əgər istifadəçi “Gmail” və “Youtube” daxil olmaqla “Google”-un istənilən xidmətinə daxil olursa, onlar avtomatik olaraq qeydiyyatdan keçir

BAKI, 27 sentyabr — Sputnik. “Google Chrome” brauzerinin yenilənməsi istifadəçiləri təhlükə qarşısında qoyub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, təhlükəsizlik və kriptoqrafiya tədqiqatçısı Metyu Qrin, Google Chrome-da yeni xüsusiyyəti aşkar edib. Belə ki, yeni versiyada istifadəçiyə məlumat verilmədən avtomatik olaraq qeydiyyat aparılır.

Qrinin sözlərinə görə, əgər istifadəçi “Gmail” və “Youtube” daxil olmaqla “Google”-un istənilən xidmətinə daxil olursa, onlar avtomatik olaraq qeydiyyatdan keçir.

Bu, istifadəçilərin məlumatlarını “Chrome” və şirkətin digər məhsulları arasında sinxronizasiya edərək, bütün ziyarət tarixini texnologiya nəhənginin serverlərinə ötürür. Ekspert əmindir ki, bu dəyişikliklər “Google”-dan brauzer istifadəçilərinin məxfiliyinə təhlükə yaradır.

Daha əvvəl, xidmət “Chrome” istifadəçilərinə şəxsi “Google” hesabına daxil olmadan veb-səhifələrə baxmağa icazə verirdi. Bunun sayəsində bu brauzerdən istifadə edən insanlar giriş tarixlərinin şəxsi səhifəyə göndəriləcəyindən və “Google” serverlərinə getməyəcəyindən narahat deyildi.

538
Teqlər:
şəxsi məlumatlar, gmail, Youtube, təhlükə, brauzer, Google Chrome
Astronavtlar Duqlas Herli və Bob Benken Crew Dragon kosmik gəmisində

"Batut işləyir": Crew Dragon gəmisinin heyəti BKS-ə keçdi - VİDEO

0
(Yenilənib 23:03 31.05.2020)
SpaseX şirkətinə məxsus Crew Dragon  gəmisi dünən uğurlu start götürəndən sonra onun sahibi İlon Mask “batut işləyir” deyə zarafat etmişdi

BAKI, 31 may - Sputnik. SpaseX şirkətinə məxsus Crew Dragon gəmisinin heyəti Beynəlxalq Kosmik Stansiyaya keçib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, təzyiqin normallaşmasından sonra BKS-in komandiri Kris Kessidi şlüz bölməsinin lyukunu açıb. Bundan sonra gəminin də lyuku açılıb və kosmonavtlar Daq Herli ilə Bob Benken BKS-ə keçiblər.

Kessididən başqa, “qonaqları” rusiyalı kosmonavtlar Anatoli İvanişin İvan Vaqner qarşılayıblar.

​Qarşılama mərasimində astronavtlar etiraf ediblər ki, onlar gəmidəki ilk gecədə yatıb yuxularını ala biliblər. Benken deyib ki, gəmidə yuxulamaq həmişə çətin olsa da, Crew Dragon çox rahatdır və orada ventilyasiya əladır, buna görə də heç bir problem yaranmayıb.

Astronavtlar BKS-də təxminən 3-4 ay olacaqlar. Ancaq onların Yerə qayıdacaqları gün hələ təyin olunmayıb.

​Crew Dragon gəmisi şənbə günü Floridadakı Kanaveral burnundan fəzaya uçub. Bu, tarixdə özəl şirkətin gerçəkləşdirdiyi ilk pilotlu uçuşdur. Crew Dragon-un kosmosa buraxılması eləcə də doqquz ildən sonra ABŞ-ın astronavtlarını kosmosa təkbaşına göndərdiyi ilk haldır: 2011-ci ildə Space Shuttle proqramının nəqliyyat daşıyıcıları istismar müddətini başa vurmuşdu. Bundan sonra amerikalılar BKS-ə ancaq Rusiyanın “Soyuz” gəmiləri ilə uçurdular.

Bu arada SpaseX şirkətinin rəhbəri İlon Maskla “Roskosmos”un rəhbəri Dmitri Roqozin arasında “battl” davam edir.

“Çox sağ olun, ser, ha-ha. Biz qarşılıqlı sərfəli və çiçəkləyən uzunmüddətli əməkdaşlığa ümid edirik”, - İlon Mask Twitter-də NASA-nın rəhbərindən ona salam göndərməyi xahiş edən Roqozinə rus dilində cavab yazıb.

Amerikalılar 2011-ci ildən dünənki günə qədər Rusiyanın “Soyuz” gəmiləri ilə BKS-ə uçduqlarından ABŞ Rusiyanın kosmik sahəsinə cərimə tətbiq edəndən sonra Roqozin Vaşinqtona öz astronavtlarını BKS-ə batutla göndərməyi təklif etmişdi. SpaseX şirkətinə məxsus Crew Dragon  gəmisi dünən uğurlu start götürəndən sonra onun sahibi İlon Mask “batut işləyir” deyə zarafat etmişdi.

“Roskosmos”un rəhbəri sonra fikrini belə izah etmişdi ki, batut haqda sözləri xəbərdarlıq idi və amerikalılar da onu eşitdilər. Crew Dragon-un uçuşundan sonra Roqozin bu işdə əməyi keçənləri təbrik edib və deyib ki, Maskın batut barədə zarafatını qiymətləndirir.

0
Əlaqədar
NASA kosmosa qayıdır - Astronavtları Yer orbitinə çıxarmağa hazırdır
Vaşinqton İlon Maskın planından sui-istifadə edə bilər – İDDİA
Göydəndüşmə olacaq: Ay resursları bizə kömək edə bilərmi?
Bu gözəlin adı Yerdir: kosmosdan planetin unikal şəkilləri
İlon Mask və Tom Kruz kosmosda dünyanın ilk döyüş filmini çəkməyə qərar verdilər
Əlcək geyinmiş cütlük

Dərini maska əlcək altında necə qorumalı dermatoloq tövsiyəsi

6
(Yenilənib 21:49 31.05.2020)
İXM-ə edilən əlavəyə görə, Azərbaycanda təyin olunmuş yerlərdə maska taxmayan fiziki şəxslər əlli manat, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə ediləcəklər

BAKI, 31 may - Sputnik. Tibb elmləri doktoru, dermatoloq Yuliya Qallyamova maska və əlcək taxarkən dərini qorumağın yollarını açıqlayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, həkimin sözlərinə görə, ən allergen əlcəklər lateksdən hazırlananlardır.

“Real həyatda bizi göbələklərdən qoruyan dərinin özünə müdafiə lazımdır, onun su-lipid balansını artırmaq vacibdir”, - dermatoloq deyib.

Bunun üçün nəmləndirici əl kremindən istifadə etmək gərəkdir, çünki insanlar tez-tez əllərini yuyur və sanitayzerlə dezinfeksiya edirlər.

“Əgər dəri qurudursa, qidalandırıcı, bir qədər yağlı, əgər qalındırsa, altında piy qatı çoxdursa, o zaman yüngül, su əsaslı, gel kimi kremlərdən istifadə etmək gərəkdir”, - Qallyamova tövsiyə edib.

Maskalar üzdə qıcıq yaradarsa, bu zaman qıcıqlanan dəri üçün kremlərdən istifadə etmək lazımdır. Dermatoloq bildirir ki, onların tərkibində dermatitin qarşısını almağa kömək edən sink var.

Qeyd edək ki, Azərbaycanda karantin rejimi iyunun 15-dək uzaldılsa da, bəzi qaydaları qismən yumşaldılıb. Ancaq bununla yanaşı, Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərar qəbul edib. Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Bu gün isə Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri müzakirə edib. Məcəlləyə edilən əlavəyə görə, tələbləri pozan fiziki şəxslər əlli manat, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə ediləcəklər.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcəklər.

6
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Deputatlar maskasızların cəriməsini "kəsdilər"
Üzünüzü görək: ilin sonuna qədər maskada? – SORĞU
Maskalar məsuliyyətsiz şəkildə atılarsa...
30 qəpiklik maskaya 100 manat ödəmək istəmirsiniz?
Haradan biləydilər... 1.6 milyard maskanı yandırdılar