Mingəçevir şəhərində leysan ağır fəsadlar törədib

Vətəndaşlara təcili xəbərdarlıq: Yaxın 3 gün ərzində ehtiyatlı olun!

1042
(Yenilənib 14:53 26.09.2018)
Şimşək çaxacağı, yağış yağacağı, yağışın leysan xarakterli intensiv olacağı gözlənilir

BAKI, 26 sentyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə vətəndaşlarına xəbərdarlıq edir. Sputnik Azərbaycan ETSN-in Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti sentyabrın 28-i səhərədək davam edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 28-dək qeyri-sabit hava şəraiti davam edəcək. Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda suyun səviyyəsinin artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

1042
Teqlər:
ETSN, leysan, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, şimşək, yağış
Əlaqədar
"Azərsu"dan yağış suları ilə bağlı acizlik etirafı
Şimşək, yağış, külək - Növbəti həftə belə başlayacaq
Avtobus, yoxsa sualtı qayıq - Bakıdakı yağışın fəsadları
Axşam saatlarında paytaxta yenə yağış yağacaqmı - RƏSMİ
Yağış bu gün Bakıda baş verən yeganə təbiət hadisəsi deyil - VİDEO