Bakının mərkəzi küçələrindən biri

Bu rayonların sakinlərinə xəbərdarlıq olunur

393
(Yenilənib 10:23 26.09.2018)
Gün ərzində təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq

BAKI, 26 sentyabr — Sputnik. Bu gün Bakının Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq. "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görülən təmir işləri gün ərzində yekunlaşdırılacaq və təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. 

Qurumdan bildirilib ki, payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planına əsasən, yararsız qaz xətlərinin yeni borularla əvəz edilməsi, həmçinin Nizami rayonu, Qara Qarayev 102 ünvanında diametri 325 millimetrlik qaz xəttinin korroziyaya uğramış hissəsinin yeni çəkilmiş polietilen 315 millimetrlik qaz xəttinin mənbəyə birləşdirilməsi ilə əlaqədar sentyabrın 26-da saat 09:00-dan təmir işləri tamamlananadək Nizami rayonu, Qara Qarayev E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində məhdudiyyət olacaq.

Zəruri təmir işləri aparıldığı zaman Binəqədi və Biləcəri qəsəbələrində, eləcə də Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrinin bir hissəsinin qaz təchizatına fasilə yaranması mümkündür.

"Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

393
Teqlər:
məhdudiyyət, qaz, Nizami rayonu, xəbərdarlıq, sakin
Əlaqədar
Diqqət: Bu rayonlarda 5 gün qaz olmayacaq
Sabah bu rayonlarda qaz olmayacaq
İqtisadçı: “Cənub Qaz Dəhlizi” Azərbaycanın mövqeyini gücləndirib”
Sabah Bakının bir hissəsində qaz olmayacaq
Paytaxtın bir hissəsində bu gün qaz olmayacaq
Sabah böyük bir ərazidə qaz olmayacaq, işinizi ehtiyatlı tutun
Microsoft şirkətinin həmtəsisçisi Bil Qeyts

Bill Qeyts COVID-19 pandemiyasının başa çatacağı tarixi açıqladı

4
(Yenilənib 21:57 20.09.2020)
"Microsoft" korporasiyasının banisi: "Epidemiya ən yaxşı halda ehtimal ki, 2022-ci ildə başa çatacaq. Ancaq 2021-ci il ərzində qlobal yanaşma olduğu halda bizi göstəriciləri aşağı salmaq lazımdır".

BAKI, 20 sentyabr — Sputnik. COVID-19 pandemiyası ən yaxşı halda 2022-ci ildə başa çatacaq.

Sputnik Azərbaycan Report-a ictinadla xəbər verir ki, bu fikri "Microsoft" korporasiyasının banisi Bill Qeyts "Fox News" telekanalına müsahibəsində səsləndirib.

Bill Qeytsə ABŞ-da və dünyada sanitar-epidemiologiya vəziyyətin bütövlükdə nə vaxt normallaşa biləcəyi barədə sual verilib. "Bizim ümid etdiyimiz kimi, 2021-ci ilin əvvəlində peyvəndlərin tətbiqi təsdiq edilsə, onda ABŞ-da vəziyyət növbəti normal məcraya qayıtmağa başlayacaq və əlbəttə əgər başqa ölkələrə kömək etsək, fəaliyyətimiz gələn ilin sonunda normaya düşəcək", - deyə o, suala cavabında bildirib.

"Epidemiya ən yaxşı halda ehtimal ki, 2022-ci ildə başa çatacaq. Ancaq 2021-ci il ərzində qlobal yanaşma olduğu halda bizi göstəriciləri (infeksiyanın yayılması-red) aşağı salmaq lazımdır. Allaha şükür ki, peyvəndi inkişaf etdirmə texnologiyaları artıq mövcuddur, maliyyə işi alındı ​​və şirkətlər ən yaxşı mütəxəssislərini təmin etdilər. Bu səbəbdən nikbinəm ki, bütün bunlar əbədi qalmayacaq", - Qeyts deyib.

Onun hesablamasına görə, dünyada pandemiya zamanı peyvəndləmə səviyyəsi əvvəlki 20 ildə əldə olunan irəliləyişi məhv edərək, 14 faiz azalıb. Bill Qeyts Birləşmiş Ştatların "inkişaf etməkdə olan ölkələr üçün peyvəndlərin alınmasına kömək etməkdə özünü göstərə bilməməsindən məyus olduğunu dilə gətirib.

4
Teqlər:
Fox News, epidemiya, Koronavirus, COVID-19, Bill Gates
Əlaqədar
Bill Geytsin "koronavirusdan betər fəlakət" sözləri nə dərəcədə doğrudur?
Nüvə başlığı, arxiv şəkli

Trampın elçisi: "Nüvə silahlarını Avropadan çıxarmayacağıq!"

5
(Yenilənib 21:32 20.09.2020)
Marşal Billinqsli: "Avropadan silahları çıxarmayacağıq, ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq".

BAKI, 20 sentyabr — Sputnik. "ABŞ Rusiya ilə təklif olunan hər hansı bir mövzunu müzakirə etməyə hazırdır, lakin nüvə silahlarını Avropadan çıxarmayacaq".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Marşal Billinqsli "Kommersant" qəzetinə verdiyi müsahibəsində bildirib.

Jurnalist ABŞ-ın nüvə silahlarını Avropadan çıxarmağa hazır olub-olmadığını soruşduqda Billinqsli qəti cavab verib:

"Xeyr, biz bunu etməyəcəyik. Ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq. Hələ ki, biz Rusiya tərəfindən RƏM sistemi ilə bağlı heç bir konkret təklif görməmişik".

"Əlbəttə, biz öz tərəfimizdən nüvə döyüş başlıqlarının raket əleyhinə sistemlərə quraşdırılmasını o qədər də uğurlu ideya saymırıq. Başqa sözlə desək, Rusiyanın bu sahədə etdiklərinə dair bizim də fikrimiz var. Biz RƏM mövzusunu müzakirə etməyə hazırıq, amma RƏM-lə bağlı heç bir məhdudiyyəti tətbiq etməyi nəzərdə tutmuruq", -  Billinqsli əlavə edib.

5
Teqlər:
RƏM, nüvə, Avropa, ABŞ
Əlaqədar
"Rusiyaya siqnal". ABŞ gizli sualtı qayığını Norveç sahillərinə niyə göndərib?
“Qərargah da göndərirlər”: ABŞ ordusu Avropanın şərqində nəyə hazırlaşır?
ABŞ-ın supersilahı öz vətəndaşlarına qarşı tətbiq edilib: nəticəsi...
ABŞ Rusiyaya bütün nüvə gücünü göstərəcək