Artıq çəkidən əziyyət çəkən adam, arxiv şəkli

Piylənmə bəşəriyyətin bəlasına çevrilir

59
(Yenilənib 04:52 25.09.2018)
Artıq çəki ürək problemləri, təzyiq, şəkərli diabet və s. xəstəliklərin də yaranmasına səbəb olur

BAKI, 25 sentyabr — Sputnik. Xərçəng Araşdırmaları Təşkilatı tərəfindən aparılan araşdırmaya görə, piylənmə qadınlarda xərçəngə səbəb olan ilk səbəbdir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hazırda bu reytinqə siqaret çəkmə liderlik edir.

Ekspertlərin hesablamalarına görə, Böyük Britaniyada 17 il ərzində artıq çəki 23000 xərçəng faktına (9 faiz), siqaret çəkmə isə 25000 fakta (10 faiz) səbəb olub. Əgər bu tendensiya 2043-cü ilə qədər davam etsə, piylənmə qurbanlarının sayı siqaret çəkənlərdən çox olacaq.

Kişilərə gəldikdə isə onlar daha çox siqaret çəkirlər və bu rəqəmlər onlar üçün fərqlidir. Ekspertlərin fikrincə, kişilər arasında piylənmədən xərçəngə yoluxanların siqaretdən xərçəngə yoluxanları üstəıləməsi daha gec olacaq.

Həmçinin qeyd edilib ki, artıq çəki qadınlar üçün daha zərərlidir. Artıq çəki ilə əlaqəli ən çox yayılmış xərçəng növləri süd vəzisi xərçəngi və uşaqlıq xərçəngidir.

Ümumiyyətlə, artıq çəki mədə, bağırsaq və böyrək xərçəngi də daxil olmaqla, 13 növ müxtəlif bədxassəli şişlərin yaranmasına səbəb olur. Böyük Britaniyada hər 7 nəfərdən biri artıq çəkili olduğu üçün xərçəng xəsətliyindən əziyyət çəkir və bu da geniş miqyaslı profilaktik kampaniyalara ehtiyacın olduğunu göstərir.

Uşaqlarda artıq çəkiyə xüsusi diqqət yetirmək lazımdır. Çünki bir çox hallarda onlar bu problemi özləri ilə ömür boyu daşıyırlar.

Ekspertlər qeyd edirlər ki, siqaret çəkməklə mübarizə məqsədilə verilən səylər öz nəticələrini verib. Hazırda isə piylənmə ilə mübarizə aparmaq lazımdır.

Qeyd edək ki, artıq çəki ürək problemləri, təzyiq, şəkərli diabet və s. xəstəliklərin də yaranmasına səbəb olur.

59
Teqlər:
piylənmə, xərçəng, siqaret, xəstəlik, qadın
Rusiyada təcili yardım avtomobilində tibb işçisi, arxiv şəkli

Rusiyada dəhşətli mərəzə yoluxanların tən yarısı sağaldı

1
(Yenilənib 13:27 04.06.2020)
Bir sutka ərzində virusdan sağalanların sayı isə 8666 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 204623-ə çatıb

BAKI, 4 iyun — Sputnik. Bir sutka ərzində Rusiyada 8831 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 169 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 441108-ə çatıb. Rusiyada pandemiya yayılandan 5384 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8666 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 204623-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 6,5 milyonu keçib, 386 mindən çox adam isə virus səbəbilə ölüb.

1
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Əlli hərbçi dünyanı xilas etməyə razılıq verdi: Rusiya təhlükəli sınağa başlayır
Rusiya ilə Türkiyə yenə bir mübarizədə: ancaq bu dəfə qan tökməyəcəklər
“Sovet möcüzəsi” işə düşüb: Məşhur həkim COVID-lə bağlı gizlinləri açıqlayır
Bu sayğac öz-özünə "qırılan" deyil: artıq 6,5 milyona "dözüb"
Test imtahanı, arxiv şəkli

DİM onlayn imtahanların keçirilməsi üçün xüsusi proqram hazırladı

3
(Yenilənib 13:21 04.06.2020)
Onlayn sınaq imtahanında iştirak etmək üçün istifadəçi "ProctorDİM" proqramını yükləyib kompüterinə quraşdırmalıdır

BAKI, 4 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssisləri tərəfindən onlayn imtahanların keçirilməsi üçün "ProctorDİM" adlı xüsusi proqram təminatı hazırlanıb.

Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinin məlumatına görə, iştirakçılar yeni növ onlayn sınaq imtahanı vermək vərdişlərini formalaşdırmaq, eləcə də proqramdan istifadə bacarıqlarını yoxlaya bilərlər.

Proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü videonəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.

İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilir.

Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilir. İmtahan başa çatan kimi istifadəçi topladığı bal haqqında məlumat alır.

Proqram təminatını test etmək məqsədilə tədrisi Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin verdiyi Azərbaycan dili (dövlət dili) imtahanının sınaq versiyası hazırlanıb.

Onlayn sınaq imtahanında iştirak etmək istəyənlər Mərkəzin internet saytında "Şəxsi kabinet" açdıqdan (şəxsi kabineti olmayanlar) sonra verilən linkdə (https://eservices.dim.gov.az/elimt/BurSinaq) qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak ödənişsizdir.

Qeydiyyat 4 iyun saat 11:30-dan 17:00-dək aparılır. İmtahanın iyunun 5-də saat 11:00, 12:00 və 13:00-da olmaqla 3 seansda keçirilməsi nəzərdə tutulur. Hər seansda hələlik 100 istifadəçinin iştirakı planlaşdırılır.

Onlayn sınaq imtahanında iştirak etmək üçün istifadəçi "ProctorDİM" proqramını yükləyib kompüterinə quraşdırmalıdır (https://otk.az/ProctorDIM/ProctorDIM.zip).

3
Əlaqədar
Tələbə olmaq istəyənlər üçün mühüm xəbər gəldi - RƏSMİ
Hərarəti olan abituriyentlərin imtahanda iştirakı üçün çıxış yolu var - TƏKLİF
Abituriyentlər üçün dərs vaxtı davam edəcək
Azərbaycanda beş yeni lisey yaradıldı: pulsuz, gündə 3 dəfə yemək və yataqxana
Həftəsonu keçiriləcək imtahanlarla bağlı açıqlama verildi