BAKI, 24 sentyabr — Sputnik. Sentyabrın 14-də vəfat etmiş "İrşad Electronics" MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin intihar etdiyi məlum olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "BAKU.WS" yayıb.
Sayt qeyd edir ki, İrad Hacıyevin intihar etməsi ilə bağlı məlumatı onlara mərhumun yaxınlarından biri verib. Məlumat verən şəxs deyib ki, İrad Hacıyev özünə qəsd etmək üçün çoxlu sayda dərman içib. Onun meyitini vannada aşkar ediblər. Vannanın kənarında isə intihar etmək üçün içdiyi dərmanların qutuları aşkarlanıb.
Hadisə ilə əlaqədar Bakı Şəhər Prokurorluğundan (BŞP) da məlumat alınıb. Saytın iddiasına görə, BŞP-dən intihar faktı təsdiqlənib, bildirilib ki, həqiqətən də İrad Ağahüseyn oğlu Hacıyev intihar edib.
"İrad Ağahüseyn oğlu Hacıyevin ölümü ilə əlaqədar sentyabrın 14-də Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq gedir", — deyə məlumatda qeyd olunub.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.