Президент Ирана Хасан Роухани, фото из архива

İran prezidenti: Cavabımız çox ağır olacaq

75
(Yenilənib 17:49 23.09.2018)
İran xalqı bu kimi terror aksiyasına görə qorxuya düşməyəcək və düşmənə layiqli cavab verəcək.

BAKI, 23 sentyabr —Sputnik. Bu gün İran prezidenti Həsən Ruhani BMT-nin 25-ci sessiyasında iştirak etmək üçün Nyu York şəhərinə yola düşüb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Ruhani hava limanında jurnalistlərə açıqlama verərək deyib ki, Əhvazda törədilən terror aksiyasına görə İranın cavabı çox ağır olacaq.

İran prezidenti qeyd edib ki, günahsiz insanların qətlə yetirilməsi insanlığa sığışmayan hərəkətdir. İran xalqı bu kimi terror aksiyasına görə qorxuya düşməyəcək və düşmənə layiqli cavab verəcək.

Ruhani ölkəsinin ABŞ-ın sanksiyalarının öhdəsindən gələcəyini də deyib. "Bu terror aksiyasını törədənlər peşman olacaqlar" — deyə o, əlavə edib.

İran prezidenti Nyu Yorkda "Nüvə proqramı" ilə əlaqədar imzalanmış müqaviləni müzakirə edəcək və bir sıra dövlət başçıları ilə görüşəcək. Görüşlərdə regional və qlobal xarakterli siyasi məsələlər müzakirə ediləcək.

75
Teqlər:
sanksiyalar, terror aktı, Nyu-York, İran İslam Respublikasının prezidenti Həsən Ruhani, ABŞ, İran
Əlaqədar
İrandakı terror nəticəsində ölənlərin sayı artır, həlak olanlardan biri jurnalistdir
İranda hərbi parad zamanı terror oldu, ölənlər var — VİDEO
İlham Əliyev İranın Əhvaz şəhərində baş verənlərə münasibətini bildirdi

Təhsil naziri dərslərin taleyi ilə bağlı birifinq keçirəcək

6
Brifinqdə qarşıdakı dövr ərzində tədrisin təşkili qaydaları, yeni hədəflər, gözləntilər barədə məlumat veriləcək, sual doğuran məsələlərə aydınlıq gətiriləcək.

BAKI, 17 yanvar - Sputnik. Növbəti həftə Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq təşkil ediləcək.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün "Facebook" hesabında paylaşdığı məlumatda bildirib.

Məlumatda deyilir ki, brifinqdə qarşıdakı dövr ərzində tədrisin təşkili qaydaları, yeni hədəflər, gözləntilər barədə məlumat veriləcək, sual doğuran məsələlərə aydınlıq gətiriləcək.

6

Müharibədən qayıdanlarla bağlı komissiyanın daha iki səyyar qrupu yaradılıb

3
Vətəndaşların gediş-gəlişini və rahatlığını nəzərə alaraq əlavə olaraq yanvarın 18-dən iki səyyarın qrupun da yaradılmasına qərar verilib.

BAKI, 17 yanvar - Sputnik. “Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılmış komissiya müraciət edən bəzi vətəndaşlarımız könüllü olaraq komissiyanının işinə köməklik etməsi ilə bağlı müraciətlər ediblər. Bu da tərəfimizdən müsbət qarşılanıb. Həmin vətəndaşlar komissiyaya könüllü qoşularaq digər vətəndaşlarımıza köməklik göstərirlər”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

"Vətəndaşların gediş-gəlişini və rahatlığını nəzərə alaraq əlavə olaraq yanvarın 18-dən iki səyyarın qrupun da yaradılmasına qərar verilib. Belə ki, həmin səyyar qruplardan biri Pirəşəkül qəsəbəsində, digəri isə Gəncə şəhərindəki hərbi hissənin ərazisində fəaliyyət göstərəcək”, - nazirlik rəsmisi bildirib.

3