Xoravatiya milli komandasının üzv Luka Modriç

Dünya futbolunun ulduzu həbs edildi

393
(Yenilənib 01:33 23.09.2018)
“Real Madrid” klubunun oyunçusu həbs edilib.

BAKI, 22 sentyabr — Sputnik. Məşhur “Real Madrid” klubunun oyunçusu həbs edilib. Xoravatiya milli komandasının üzvü, ulduz futbolçu Luka Modriçə həbs cəzası kəsilib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, futbolçu vergidən yayındığı üçün məhkəmə onun barəsində həbs qərarı qəbul edib. Modriçə 8 aylıq həbs cəzası kəsilib.

İspaniya qanunlarına əsasən, futbolçu istəsə, həbs cəzasını pul ödəməklə əvəzləyə bilər. Məşhur oyunçu 60 min avro (119 min manat) ödəsə, həbs cəzasını çəkməyəcək.

393
Teqlər:
futbolçu, futbol, Real Madrid, Luka Modriç, Xorvatiya, İspaniya
Əlaqədar
"Real"ın daha bir ulduzu klubu tərk edir